XƏBƏRLƏR

Beynəlxalq imtahanlara uğurlu hazırlığın sirri

Kaspi Liseylərində xarici universitetlərə hazırlıq bölməsi beynəlxalq imtahanlara - TOEFL, IELTS və SAT imtahanlarına şagirdlərinin tam hazırlığını uğurla həyata keçirir. Xarici ölkələrdə ali məktəbə daxil olmaq üçün yalnız ingilis dilini dərindən öyrənmək deyil, həm də imtahanları uğurla vermək, beynəlxalq imtahanlar formatına vərdiş etmək üçün “metodları” bilmək zəruridir.

 

Kaspi Liseylərinin ingilis dili müəllimi Sakit Hüseynovla söhbətimiz beynəlxalq imtahanlara hazırlıq və nəticələri barədədir:

 

  • Sakit müəllim, beynəlxalq imtahanlarla bağlı hazırlıq Kaspi Liseylərində necə təşkil edilir? Bu prosesdə Kembric kurikulumunun rolu nədən ibarətdir?
  • Liseylərimizdə ingilis dilinin tədrisi ibtidai sinifdən etibarən Kembric kurikulumu sistemi əsasında təşkil edilir. Bu sistem vasitəsilə uşaqlar ibtidai sinifdən etibarən ingilis dilini müxtəlif bacarıq formalarında  qavrayırlar. Bura aid olan dinləmə, oxuma, yazma və danışıq qabiliyyətlərinin formalaşdırılmasıdır. Bu, xüsusi bir sistemdir. Təbii ki, bu sistem şagirdlər yuxarı siniflərə çatdıqda öz müsbət nəticəsini göstərir. Beynəlxalq imtahanlara hazırlıqda bu 4  bacarıq  əsasında şagirdlərimiz heç bir sıxıntı çəkmirlər. Həmin beynəlxalq imtahanlara da hazırlaşa bilirlər. Bu iş öz məntiqi nəticəsini onların topladığı ballarda aydın göstərir. 
  •  
  • Liseylərimizdə yuxarı sinif şagirdləri iki qrup üzrə hazırlıq qruplarına cəlb edilirlər. Əvvəlcədən valideynlərlə və pedaqoji heyətlə aparılan məsləhətləşmələrdən sonra şagirdlərin bazalarına uyğun onlar  yerli universitetlərə hazırlaşırlar. Onlar burada müvafiq ixtisas qruplarına uyğun tədris proqramlarına cəlb olunurlar. Digər  şagird qrupu isə xaricə hazırlıq adı altında müxtəlif beynəlxalq imtahanlara hazırlığa başlayırlar. Bu beynəlxalq imtahanlar dünyada məşğul olan IELTS, TOEFL, SAT proqramlarıdır. Prosedur olaraq sadaladığım faktorların da köməyi ilə biz heç bir çətinlik çəkmədən onların müraciət etdikləri universitetlərə uyğun imtahan proqramlarını peşəkar şəkildə təşkil edirik. Bunun da nəticələri çox ürək açandır.

-Beynəlxalq imtahanlar Kaspi liseylərini seçən şagird və valideynlərə hansı üstünlüklər vəd edir?

  • İlk  növbədə maliyyə məsələlərini qeyd edərdim. Birmənalı şəkildə valideynlərimiz bilməlidirlər ki, Kaspi liseylərində təhsil alan şagirdlər üçün beynəlxalq imtahanlara hazırlıq tam əlavə ödənişsiz həyata keçirilir. Bu tədris planına daxil edilən bir sistemdir. Beləliklə, valideynlər əlavə maliyyə yükündən azad olurlar. Digər məsələ, bu proses məktəbin daxilində keçirildiyinə görə, onlar  öz müəllilmləri  ilə daha əvvəldən tanış olmuş olurlar. Onlara proqramı tədris edən müəllim heyəti liseydə fəaliyyət göstərir. Şagirdlər müəllimləri ilə mütəmadi əlaqə saxlaya, istənilən vaxt onlara müraciət edib əlavə suallar verə bilərlər. Bundan əlavə, şagirdlərə təyin edilən rəsmi dərslər də qüvvədə qalır. Bu üstünlük imkan verir ki, biz qısa müddətdə və səmərəli şəkildə işimizi quraq və ünsiyyət imtahana qədər davamlı şəkildə təşkil edilsin. Digər bir üstünlük şagirdlərin dərslərə adaptasiyası məsələsidir. Qısa müddətdə şagirdlərin dərslərə adaptasiyası məslələsini həyata keçirməyə çalışırıq. Məlumdur ki,  kənar bir kursa və ya müəllimə müraciət etdikdə daim şagirdlərin vaxtlarının müəyyən hissəsi yola, nəqliyyata sərf olunur. Bu, onlarda yorğunluq yaradır və işin səmərəliliyinə mənfi təsir göstərir. Bütün bu hallar bizim liseylərimizdə tamamilə aradan qaldırılmış olur. Çalışırıq ki işimizi səmərəli şəkildə quraq və ünsiyyət davamlı şəkildə imtahana qədər təşkil edilsin. Proses məhsuldar şəkildə həyata keçirilir.

-Uğurlarınızı qənaətbəxş hesab edirsinizmi?

-Təbii ki, bizim üçün hədəflər bir nöqtədən ibarət deyil. Əvvəlki illərlə müqayisədə daha yüksək nəticələr əldə etmək niyyətindəyik. Şagirdlər yuxarı sinifdə həm yerli, həm də xarici universitetlərə hazırlıq qruplarına cəlb edilərkən demək olar ki, 40 faiz şagird xarici, 60 faiz yerli universitetlərdə təhsil almaq istəyir. Bu, təqribi rəqəmdir. İndiyə kimi müraciət edən 40 fazi şagirdin içərisində elə bir şagird olmayıb ki,onun hansısa xarici universitetə hazırlığı uğuruz olsun. Hətta respublika səviyyəsində orta nəticənin üstündə bir nəticə göstəririk. Hər il belə olur. Məsələn, bizim keçənilki SATortalama imtahan nəticəsi 1400 üzərində olmuşdu. Bu, böyük bir nəticədir. Yaxınlarda IELTS qruplarının şagirdləri imtahan verdi. Orda da imtahanlarınnəticələri yüksək oldu. Baxmayaraq ki, onların çoxu 9-10-cu sinif şagirdləridir, IELTS-dən 8 üzərində nəticə almaq böyük bir uğurdur. Bizim inkişafxəttimiz daim yüksələn tendensiya ilə gedir.

07.05.2021