Kembric Universitetinin azərbacanlı professoru ilə görüş
Aprelin 9-u saat 16.00-da Kaspi Liseylərinin VIII-XI sinif şagirdlərinin tanınmış azərbaycanlı alim, Böyük Britaniyanın Kembric Universitetnin professoru Qərib Mürşüdovla görüşü keçiriləcək.
Qeyd edək ki, Qərib Mürşüdov Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat fakültəsində təhsil alıb. Dissertasiya işini Moskvada Kristolloqrafiya İnstitutunda müdafiə edib. Q.Mürşüdov 1993-cü ildə Böyük Britaniyanın York Universitetinin kimya fakultəsinə daxil olub. Hazırda Bioinformatika sahəsində tanınmış mütəxəssis kimi Kembricdə Molekulyar Biologiya Laboratoriyasında qrup rəhbəridir.
Görkəmli alimlə görüşdə şagirdlərin iştirak etməsi könüllüdür və qeydiyyatdan keçmək üçün liseylərin direktor müavinlərinə müraciət edə bilərlər.
Görüş ZOOM proqramı üzərindən baş tutacaq.