XƏBƏRLƏR

Afinanın rəssamlıq dünyası

 

Füsunkar təbiət, güllər- çiçəklər, meyvələr, mavi dənizin, dağların təsviri rəngbərəng yağlı boyalarla kətan üzərinə köçüb. Sanki insan fantaziyasının məhsulu deyil, elə canlı təbiətin bir parçası kimi gözlərə gözəllik bəxş edir. Seyr etdikcə peşəkar bir rəssamın fırçasından süzüldüyünü düşünürsən.

Kaspi Təhsil Şirkətinin Kaspi Ağ Şəhər Liseyinin foyesində açılan sərgidə nümayiş olunan əsərlər liseyin 4D rus şöbəsinin şagirdi Afina Znaminskaya ilə anası Aksana Sergeyevnanın birgə əməyinin məhsuludur. Baharı əks etdirən sərgini Novruz bayramına ən gözəl töhfə adlandırmaq da olar.

“İstedad sorağında” adlı sərgidə nümayiş etdirilən portretlər, əl işlərindən ibarət 20-ə yaxın əsəri həvəskar rəssamlar özlərinin hobbilərinin məhsulu adlandırdılar.

Liseyin şağırdı Afina Znaminskaya indi işlərinə hobbi kimi yanaşsa da gələcəkdə peşəkar rəssam olmaq arzusundadır: “Rəssamlığı çox sevirəm. Nənəmlə Botanika bağına gedir, oradan gətirdiyim daşlar, yarpaqlar, qozalarla əsərlər üzərində işləyirəm. Bu işdən zövq alıram. Təbiətdə gördüyüm hər şey mənim üçün mövzudur. İşlərimin yaxşı olması üçün çalışıram. Dərslərimlə bərabər, rəssamlığa da vaxt ayırıram”.

Afinanın anası Aksana Sergeyevna da daim yaradıcılıq axtarışıında olduqlarını bildirdi: “Birgə işləməyimiz bizə ilham verir. Hər bir əsəri başa vurduqdan sonra sevincimizin həddi-hüdudu olmur”.

Müəllimləri Afinanın çalışqan olduğunu, daim yeniliklər axtardığını deyirlər: “Afina məktəbdə də yaxşı oxuyur. O, yaradıcı uşaqdır, daim axtarışdadır. Onun gələcəkdə tanınmış rəssam olacağına inanırıq”

Afina həmyaşıdlarına səslənərək daim öz üzərlərində işləməyə, çalışmağa səslədi: “Həmişə cəhd edin. Birinci dəfə alınmayanda həvəsdən düşməyin, yenə davam edin. Məqsədiniz varsa, mütləq ona çatacaqsısnız”.

Afina Znaminskayanın böyük arzularından xəbər verən ilk kiçik sərgisinin daha da genişlənməsini, sonsuz həvəs və sevgisinin hopduğu əsərlərinin daha böyük məkanlarda sərgilənməsini arzulayırıq!  Füsunkar təbiət, güllər- çiçəklər, meyvələr, mavi dənizin, dağların təsviri rəngbərəng yağlı boyalarla kətan üzərinə köçüb. Sanki insan fantaziyasının məhsulu deyil, elə canlı təbiətin bir parçası kimi gözlərə gözəllik bəxş edir. Seyr etdikcə peşəkar bir rəssamın fırçasından süzüldüyünü düşünürsən.

Kaspi Təhsil Şirkətinin Kaspi Ağ Şəhər Liseyinin foyesində açılan sərgidə nümayiş olunan əsərlər liseyin 4D rus şöbəsinin şagirdi Afina Znaminskaya ilə anası Aksana Sergeyevnanın birgə əməyinin məhsuludur. Baharı əks etdirən sərgini Novruz bayramına ən gözəl töhfə adlandırmaq da olar.

“İstedad sorağında” adlı sərgidə nümayiş etdirilən portretlər, əl işlərindən ibarət 20-ə yaxın əsəri həvəskar rəssamlar özlərinin hobbilərinin məhsulu adlandırdılar.

Liseyin şağırdı Afina Znaminskaya indi işlərinə hobbi kimi yanaşsa da gələcəkdə peşəkar rəssam olmaq arzusundadır: “Rəssamlığı çox sevirəm. Nənəmlə Botanika bağına gedir, oradan gətirdiyim daşlar, yarpaqlar, qozalarla əsərlər üzərində işləyirəm. Bu işdən zövq alıram. Təbiətdə gördüyüm hər şey mənim üçün mövzudur. İşlərimin yaxşı olması üçün çalışıram. Dərslərimlə bərabər, rəssamlığa da vaxt ayırıram”.

Afinanın anası Aksana Sergeyevna da daim yaradıcılıq axtarışıında olduqlarını bildirdi: “Birgə işləməyimiz bizə ilham verir. Hər bir əsəri başa vurduqdan sonra sevincimizin həddi-hüdudu olmur”.

Müəllimləri Afinanın çalışqan olduğunu, daim yeniliklər axtardığını deyirlər: “Afina məktəbdə də yaxşı oxuyur. O, yaradıcı uşaqdır, daim axtarışdadır. Onun gələcəkdə tanınmış rəssam olacağına inanırıq”

Afina həmyaşıdlarına səslənərək daim öz üzərlərində işləməyə, çalışmağa səslədi: “Həmişə cəhd edin. Birinci dəfə alınmayanda həvəsdən düşməyin, yenə davam edin. Məqsədiniz varsa, mütləq ona çatacaqsısnız”.

Afina Znaminskayanın böyük arzularından xəbər verən ilk kiçik sərgisinin daha da genişlənməsini, sonsuz həvəs və sevgisinin hopduğu əsərlərinin daha böyük məkanlarda sərgilənməsini arzulayırıq!  

29.03.2021