XƏBƏRLƏR

Bayramın mübarək, Azərbaycan qadını!

8 Mart baharın ilk bayramıdır - gözəlliyin, harmoniyanın bayramıdır.  8 mart Azərbaycan üçün təqvimin ən sevimli günlərindən biridir. Bu bayram bütün dövrlərdə ağlı, zəkası, gözəlliyi, zərifliyi, mərdliyi, sədaqəti, fədakarlığı ilə millətinə, torpağına başucalığı gətirən Azərbaycan qadınının bayramıdır.

Tarixin bütün dönəmlərində qadınlarımız cəmiyyətimizin mənəvi dayağı olub, ölkəmizin simasını müəyyənləşdirmək üçün böyük fədakarlıqlar göstəriblər.

Milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkə həyatında baş verən ictimai-siyasi hadisələrdə fəal iştirak

edərək vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına,

mədəniyyətimizin inkişafına və təbliğinə layiqli töhfələrini verirlər. 

Gender bərabərliyində üstünlük təşkil etdikləri təhsil sahəsində isə qadınlarımızın fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Ölkəmizin çoxminli qadın müəllimləri öz dolğun fəaliyyətləri ilə gənc nəslin yüksək bilikli, fəal mövqeli, xalqına, dövlətinə sadiq, müasir dünyada gedən proseslərdən baş çıxarmağı bacaran vətəndaşlar kimi yetişməsi işinə böyük töhfələr verirlər.

Azərbaycan qadını öz əzəli funksiyası olan analıq vəzifəsini də şərəflə yerinə yetirir - vətən üçün milli mənəvi dəyərlərimizin qoruyucuları, milli adət və ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar yetişdirir.

Azərbaycan qadını canını Vətəninə qurban deyən, onu qorumağa hər an hazır olan övladlar tərbiyə edir. Bu zərif məxluqlar ailədə fədakar Ana, çöldə əməyin müxtəlif sahələrinə töhfə verən zəhmətkeşlərdir.

05.03.2021