XƏBƏRLƏR

Şagirdimiz müsabiqədə qalib gəldi

Azərbaycan Milli İncəsənət Muzeyinin “Qarabağ Azərbaycandır” rəsm müsabiqəsinə yekun vurulub. Kaspi Təhsil Şirkətinin Kaspi Uşaq Musiqi və İncəsənət Məktəbinin Rəsm şöbəsinin şagirdi Rza Quliyev müsabiqə qalibləri sırasındadır. Şagirdimizin “Zəfər birliyimizdir” adlı işi münsiflər heyəti tərəfindən “Xüsusi seçilmiş iş” nominasiyasında mükafatlandırılıb.

Qeyd edək ki, müsabəqəyə təqdim olunan 323 əsərin hər biri Azərbaycanın dilbər güşəsi, mədəniyyət beşiyi Qarabağa həsr olunub.

Müsabiqənin münsiflər heyətində Xalq rəssamları Arif Hüseynov, Ağali İbrahimov, Səlhab Məmmədov, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev, Əməkdar İncəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev təmsil olunublar.

28.01.2021