XƏBƏRLƏR

Hər zaman dövlətimizin, Ali Baş Komandanımızın yanındayıq

Azərbaycan ordusu 30 ilə yaxın düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsini zəfərlə başa vurdu. 44 gün davam edən savaşda qazanılan tarixi zəfərdə dövlət və xalq birliyi qələbəmizin əsas şərti oldu. Ordu və xalq “Dəmir Yumruq” ətrafında birləşməyi bacardı. Böyük zəfərin qazanılmasında müzəffər ordumuzla yanaşı arxa cəbhədəki insanlar böyük fədakarlıq göstərdilər. Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ordumuza hərtərəfli maddi və mənəvi dəstəklərini əsirgəmədilər.

Kaspi Təhsil Şirkəti Azərbaycanın haqq savaşında həm ön, həm də arxa cəbhədə öz töhfəsini verdi - Şirkətin kollektivi “Hər zaman dövlətimizin, Ali Baş Komandanımızın yanındayıq”- deyə bütünlüklə səfərbər oldular. Xeyriyyə kampaniyalarında həmişə aktiv iştirak edən, bu missiyanı özünün vətəndaşlıq borcu hesab edən şirkət kollektivi Vətən Müharibəsi başlayanda ordumuzun müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Silahlı Qüvvələrin Yardım Fonduna 30 000 (otuz min manat) vəsait köçürərək həmrəyliyini ifadə etdi. Şirkətin kollektivi könüllü yardımlaşmanın nümunəsi kimi rəşadətli ordumuzun cəsur əsgər və zabitlərinə humanitar yardım aksiyasını davam etdirərək “Əsgərə sovqat” adlı növbəti aksiyasını həyata keçirdilər. Aksiya çərçivəsində toplanan 12 000 (on iki min) manat ianə əsgərlər üçün lazımı sovqatların - isti və xüsusi geyimlər, texniki və gigiyenik vasitələr və s. alınmasına sərf olundu. Yardım paketləri şirkət əməkdaşlarının vasitəsilə cəbhə bölgəsinə göndərildi. Müharibə günlərindəki fəaliyyətində “Qarabağ Azərbaycandır!” şüarını rəhbər tutan Kaspi Təhsil Şirkətinin Kaspi Liseyinin şagird və valideynlərinin təşəbbüsü ilə də cəbhədə döyüşən hərbçilərimizə dəstək məqsədilə “Məktəbdən səngərə” layihəsi çərçivəsində humanitar aksiya həyata keçirildi. Məktəblilərin təkcə öz yığdıqları pulla döyüşən hərbçilərimiz üçün aldıqları sovqatlar yola salınmadı, həmçinin səngərlər onların saf ürəklərinin  sevgisi ilə dolu məktublar qanadlandı.

Təhsil ocağı xeyriyyəçilik ənənəsini davam etdirərək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ölkə başçısının Sərəncamı ilə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna 10 000 (on  min manat) ianə etdi. Həyata keçirilən hər bir yardımın dövlətimizin, ordumuzun daha da güclənməsinə, xalqımızın həmrəyliyinə xidmət etdiyini düşünən şirkət kollektivi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyi bacardı.

Kaspi Təhsil Şirkəti  paralel olaraq şəhid və qazi ailələrini də daim diqqətdə saxlayır. Şirkətin əməkdaşları tərəfindən şəhid və qazi  ailələrinə ziyarətlər təşkil edilir, onlara maddi yardım göstərilir. Şirkətin hər bir əməkdaşı  işğal altında olan torpaqlarımız uğrunda döyüşən, Vətənin bütövlüyü uğrunda mübarizə aparan hərbçilərimizə və onların ailələrinə bu istiqamətdə dəstək göstərməyi özünün vətəndaşlıq və insanlıq borcu hesab edir.

Kaspi Təhsil Şirkətinin əməkdaşları və məzunları arasında Vətən qarşısında xidmətlərini yerinə yetirmək üçün döyüş bölgəsinə yollananlar,  həmçinin aralarında şəhidlik zirvəsinə ucalanlar da var. Belə ki, Kaspi Lənkəran Nümayəndəliyinin  məzunlarından  Samir Allahverdiyev, Kənan Hacıyev və keçmiş əməkdaşı Rauf Cahangirov şəhidlik zirvəsinə yüksəliblər. Ölkə başçısının Sərəncamı ilə Silahlı Qüvvələrin “Vətən uğrunda” medalı ilə təltif olunan hərbi qulluqçuları arasında şəhid Kənan Hacıyevin də adı var. Nümayəndəliyin məzunlarından Ruhid Əlizadə - Şuşa, Füzuli, Cəbrayılın azad olunmasına görə, Amil Baxşıyev “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə”, Əlihüseyn Həsənzadə  Cəbrayıl və Qubadlının azad olunmasına görə və  “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətdə fərqləndiyinə görə” medalları ilə təltif olunub. Nümayəndəliyin məzunlarından Amal Büzürov və Rəşid Həmidzadə də Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda vuruşublar. 

KTŞ-nin Gəncə Nümayəndəliyinin 3 əməkdaşı - tarix müəllimi Samir Kərimov, Azərbaycan dili və ədəbiyyat müəllimi Eyvaz Eyvazlı və ingilis dili müəllimi Aslan Quliyev  Qarabağın işğaldan azad edilməsi üçün döyüşlərdə qəhrəmanlıqla iştirak ediblər.

Kaspi Balakən nümayəndəliyinin coğrafiya müəllimi Nicat Mikayılov isə 2-ci Qarabağ müharibəsi zamanı Murov dağ silsiləsində döyüşüb.

Kaspi Təhsil Şirkətinin kollektivi hesab edir ki, Vətən hər zaman birliyimizdir. Onun bütövlüyünə, uğurlarına, dünyada tanınmasına, insanlarının rahat, sülh şəraitində və firavan yaşamasına hamımızın töhfəsi olmalıdır.

18.01.2021