XƏBƏRLƏR

Kaspi Kids - məktəbəqədər hazırlıq qruplarında dərslər ONLAYN davam edir

Kaspi Təhsil Şirkətinin strukturuna daxil olan təhsil müəssisələri distant (məsafədən) təlim-tədris prosesini uğurla davam etdirirlər. Şirkətin məktəbəqədər hazırlıq bölməsi olan Kaspi Kids  qruplarında onlayn dərslərin tədrisinə dekabrın 14-dən start verilib. 

Kaspi KİDS Əhmədli filialının baş müəllimi Nigar Aşurova artıq ikinci həftədir ki, təhsil müəssisəsində onlayn dərslərin keçirildiyini deyir: “Filialımızda onlayn tədris normal qaydada davam edir. Dərslər “Zoom” platforması üzərindən təşkil olunur. Məktəbəqədər hazırlıq qrupunun şagirdləri mobil telefon, kompyuter, planşet və s. cihazlar vasitəsilə dərslərə qoşulurlar. Onlayn tədrisdə uşaqlara elektron dərsliklər, audiovizual materiallar təqdim edilir. Bizim tədris müəssisəsində əyani təhsildə olduğu kimi onlayn tədrisin həyata keçirilməsinə də ciddi yanaşılır. Təlim-tədrisə müəllim və metodistlər tərəfindən ciddi nəzarət həyata keçirilir. Həmçinin onlayn testlərin, sualların hazırlanması, imtahanların keçirilməsinə ciddi nəzarət olunur. Bundan əlavə, həftəlik test sualları yaradırıq. Uşaqların həmin suallara verdiyi cavablara görə həftəlik dərsləri necə mənimsədiklərinə də nəzarət etmək olur. proses zamanı hər hansı problem yaranarsa, filialın rəhbərliyi ilə əlaqə saxlayır, harada nöqsan varsa onu aradan qaldırmağa çalışırıq”. Bundan əlavə, dərslərin keyfiyyətinə nəzarət məqsədilə yaradılmış Operativ işçi qrup filiallarda keçirilən dərslərə qoşulur, uşaqların dərslərdə iştirakına, mövzuların uşaqlar tərəfindən mənimsənilməsinə, ümumilikdə tədrisin keyfiyyətinə nəzarət edir. Hər həftə sonu tədrisin keyfiyyəti ölçülür və dərslərə qoşulmayan şagirdlər haqqında monitorinqlər aparılır, müəllimlər və valideynlərlə sorğular keçirilir. 

Bəzi valideynlərin onlayn təhsillə bağlı tərəddüdlərinə toxunan N.Aşurova bildirir ki, bu daha çox onlayn platformalar barəsində məlumatsız olan valideynlərlə bağlıdır. Belə ki, onlayn platformalarla bağlı bilgisi olan valideynlər üçün distant təhsil normal qəbul edilir: “Amma elə valideynlər var ki, onların onlayn platforma haqqında məlumatları yoxdur, uşaqlarına dəstək ola bilmirlər, onda bir qədər tərəddüd edirlər”. N.Aşurova qeyd edir ki, əyani təhsilin tədrisi zamanı hansı entuzizamla dərs keçirlərsə, onlayn platforma üzərindən də eyni qayda ilə tədrislərini həyata keçirirlər: “Sadəcə, uşaqdan uşağa fərq var. Məsələn, elə uşaq var ki, potensiallıdır, məktəbdə necə fəaldırsa, onlayn dərslər zamanı da eyni fəallığı göstərir. Amma elə uşaqlar da var ki, onlara bir az fərdi yanaşmaq lazımdır. Bunu da distant təhsil zamanı edə bilirik. Uşağın qavramağı varsa, 15-20 dəqiqə ona əlavə vaxt ayırıb dərsi mənimsətməyə çalışırıq”. Filial müəllimi onlayn dərslərin üstünlüyünü də qeyd edir. Belə ki, bu platformalarda tədris zamanı valideyn özü də birbaşa iştirak edə bilir: “Əyani tədris zamanı keçdiyimiz dərsi valideynlər izləyə bilmir, buna vaxt çatdırmırlar. Amma “Zoom” da olanda valideynlər  öz uşaqlarının  hansı səviyyədə bilik mənimsədiyini müşahidə edirlər”. N.Aşurova bütün uşaqların eyni vaxtda dərslərə qatıla bilməməsinin səbəbini həmçinin, ailələrdə onlayn dərs proqramına qoşulmaq üçün mobil cihazların çatışmaması ilə əlaqələndirir. Belə ki, bir evdə 2-3 uşaq eyni vaxtda onlayn dərslərə qoşulursa, bəzən ailədə uyğun cihazın çatışmaması halı yaşanır. Məktəbəqədər hazırlıq qruplarının onlayn dərslərə daha tez adaptasiya olmasına gəlincə, N.Aşurova hesab edir ki, hazırkı nəsil texnologiyalarla tanış olduqları üçün onlayn platformaya qoşulmaqda o qədər də çətinlik çəkmirlər. Bu baxımdan, məktəbəqədər hazırlıq qrupları da istisna deyil: “Mart ayında onlayn tədrisə başlayanda ilk ay bir qədər çətin oldu. Bu dəfə onlayn platformaya keçiddə isə demək olar ki, çətinlik yaşamadıq. Adaptasiya tez baş verdi, uşaqlar gözlədiyimizdən daha tez alışdılar. Amma azyaşlıları bəzən monitorun qarşısında çox əyləşdirə bilmirik. Onlar 40 dəqiqəlik dərsin 15 dəqiqəsində müəllimin dediyini mənimsəyə bilirlər. Daha sonra onları əyləndirməyə çalışırıq ki, əqli və fiziki olaraq yorulmasınlar. Amma böyük yaşlı şagirdlərdə bu baxımdan problem olmur. Əlavə materiallar, videolar, araşdırmalar onlayn platformalar üzərindən daha yaxşı öyrənilir”. N.Aşurova da bütün təhsilalan və təhsilverənlər kimi əyani təhsilin tezliklə bərpa olunmasını arzulayır. Bununla belə, hesab edir ki, bütün hallarda distant təhsil də paralel davam edəcək: “Əlbəttə, arzulayırıq ki, məktəblər açılsın, yenə də ənənəvi sistemə dönək. Amma hesab edirəm ki, distant təhsil hazırda dövrün tələbi olduğundan təhsilalanlar üçün bir platforma olaraq davam edəcək”.

23.12.2020