XƏBƏRLƏR

Kaspi abituriyent və şagirdləri dərslərdən geri qalmayacaq.

Hörmətli Valideynlər,

 

Bildiyimiz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən bütün təhsil müəssisələrində tədris fəaliyyəti 20 mart 2020-ci il tarixinədək dayandırılıb. Dövlətimizin bu qərarı verməkdə məqsədi Covid-19 virusu ilə ələqədar baş verə biləcək fəsadları minumuma endirməkdir. Biz də Kaspi Təhsil Şirkəti  olaraq bu missiyada dövlətimizə dəstək veririk. 

Yaranmış fasilədə abituriyentlərin tədrisdən tamamilə uzaqlaşmasının qarşısını almaq məqsədi ilə Kaspi Abituriyent Kurslarında 11 mart 2020-ci il tarixindən etibarən 9-cu, 10-cu və 11-ci siniflərdə ilkin olaraq, Buraxılış fənləri üzrə tədris "Distant" formada davam etdiriləcəkdir.

Həmçinin Lisey şagirdləri də Online dərs xidmətlərindən yararlana biləcəklər.

 

11.03.2020