Page 6 - Kaspi Təhsil Şirkəti 2018
P. 6

KASPİ ABİTURİYENT


            Kaspi Abituriyent şöbəsi 2008-ci ildən fəaliyyətə başlayıb və
     hal-hazırda  “Kaspi” Təhsil Şirkətinin bu şöbəsi 6 filial və 5 nümayəndəlikdə
     xidmət göstərir. Kaspi Abituriyent IX, X, XI sinif şagirdlərinin və məzunların buraxılış               imt
     ahanlarına və ali məktəblərə qəbul imtahanlarına hazırlığını, V – VIII sinif şagirdlərinin
     məktəbdən sonra fənlər üzrə hazırlığını və sosial fəaliyyətini, şagirdlərin bilik və bacarıqlarını
     ölçmək məqsədilə III – VIII və IX – XI siniflər üzrə Sınaq imtahanlarını, eyni zamanda
     bakalavriat  pilləsini bitirmiş tələbələrin ali məktəblərin magistratura pilləsinə hazırlığını da
     həyata keçirir. Kaspi Abituriyent bu xidmətləri Bakı, Gəncə, Sumqayıtla yanaşı Respublikamızın
                                                                    15-dən çox rayonunda da təşkil edir.
                                                                    Kaspi Abituriyent Azərbaycan və rus

                                                                    bölmələri üzrə aşağıdakı
                                                                    proqramları həyata keçirir:
                                                                       1. XI sinif və ya məzunlar üçün
                                                                           nəzərdə tutulmuş Ənənəvi
                                                                           qaydaya əsaslanan 1 illik
                                                                           tədris proqramı
                                                                       2. X sinif şagirdləri üçün nəzərdə
                                                                           tutulmuş Kurikulum
                                                                           standartlarına əsaslanan 2 illik
                                                                           tədris proqramı
                                                                       3. IX sinif şagirdləri üçün nəzərdə
                                                                           tutulmuş Kurikulum
                                                                           standartlarına əsaslanan 3 illik
                                                                                                  tədris və Buraxılış imtahanlarına
                                                                                                 hazırlıq proqramı



                                                                                         www.kaspi.edu.az
   1   2   3   4   5   6   7   8   9   10   11