Page 4 - Kaspi Təhsil Şirkəti 2018
P. 4
· Fəaliyyət göstərdiyi 10 il ərzində 500 nəfərdən
çox Kaspi Polyglot tələbəsi rəsmi TOEFL və
IELTS imtahanlarında yüksək nəticə
göstərmişlər.
· Bu illər ərzində 200 nəfərdən çox tələbə üçün
“London School of English” və “English in
Action” beynəlxalq ingilis dili məktəbləri ilə
birgə Yay məktəbləri təşkil edilmişdir.
· 2012-ci ildə Bakıda keçirilmiş “Eurovision”
mahnı müsabiqəsinə hazırlıq məqsədilə 300 nəfərdən çox polis əməkdaşı və 6 il
ərzində Azercell Telekom MMC ilə birgə keçirdiyimiz layihə çərçivəsində 100
nəfərdən çox jurnalist ingilis dili təlimlərini bitirərək Kaspi sertifikatı qazanmışdır.
· Kaspi Polyglot-un ingilis dili kursları 2013-cü ildən etibarən Cambridge English
Language Assessment-in (CELA)
Azərbaycandakı rəsmi
nümayəndəsidir. Hal-hazırda Kaspi
Polyglot-un tələbələri öz biliklərini
Cambridge imtahanları ilə
yoxlayaraq, həmin mərkəzin
beynəlxalq sertifikatını əldə edə
bilirlər.
· Kaspi Polyglot-un rus dili kursları
2016-cı ildən etibarən Sankt-
Peterburq Dövlət Qulluğu
Akademiyasına qəbul olan
azərbaycanlı tələbələrin 1 illik rus dili
hazırlığının təşkili üzrə
Azərbaycandakı yeganə rəsmi nümayəndəsidir.
www.kaspi.edu.az

