Page 3 - Kaspi Təhsil Şirkəti 2018
P. 3
KASPİ POLYGLOT
Kaspi Polyglot şöbəsi 2007-ci ildən fəaliyyətə başlayıb. Polyglot
şöbəsi İngilis və Rus dillərinin bütün yaş qrupları üzrə tədrisini həyata
keçirir. Əlavə olaraq müxtəlif şirkətlərin və təşkilatların əməkdaşları üçün də ingilis və rus
dilləri üzrə təlimlər təşkil edir. “Kaspi” Təhsil Şirkətinin bu məhsulu 11 filial və 1
nümayəndəlikdə təqdim olunur.
Kaspi Polyglot ingilis və rus dilləri üzrə aşağıdakı proqramları həyata keçirir:
1. Bütün yaş qrupları üzrə ingilis / rus dili:
· Uşaqlar üçün ingilis / rus dili
· Məktəb yaşlı uşaqlar üçün ingilis / rus dili
· Böyüklər üçün ingilis / rus dili
2. Akademik ingilis / rus dili:
· IELTS / TOEFL kursları
· IELTS / TOEFL sınaq imtahanları
· Akademik rus dili kursu
· İngilis / rus dilləri üzrə sertifikat imtahanları
3. Korporativ təlimlər
· Müxtəlif şirkətlərin öz ofislərində ingilis / rus
dili təlimləri
· Kaspi Polyglot-un filiallarında ingilis / rus dili
təlimləri
Kaspi Polyglot-un 2007 / 2017 –ci illər üzrə
nailiyyətləri:
· 2007 / 2017 –ci illər ərzində 10000-ə yaxın
tələbə Kaspi Polyglot kurslarının ingilis və
rus dilləri üzrə müvafiq proqramlarını tamamlayaraq Kaspi sertifikatı əldə etmişlər.
www.kaspi.edu.az

