VAKANSİYALAR

"Kaspi" Təhsil Şirkəti Mühafizə vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

  • Orta ixtisas və ya texniki peşə təhsili;
  • MS Office proqamları, ilkin 1C proqrami bilikləri;
  • İlkin uçot bilikləri;
  • İdarəetmə bacarığı;

Yüksək dərəcədə məsuliyyətlilik və etibarlılıq.

Vəzifə öhdəlikləri:

  • Mühafizə əməliyyatları ilə əlaqədar qanuni və texniki tələblərə riayət etmək.
  • Təhlükəsizliyin təmin olunması ilə əlaqədar göstərişləri qəbul etmək və zəruri halda aydınlaşdırmaq.
  • Mühafizə qaydaları və standart prosedurlara uyğun olaraq obyekti təhvil almaq və təhvil vermək.
  • Müvafiq ərazilərdə təhlükələr mövcud olduğu halda onların yerini aşkar etmək, aradan qaldırmaq və aidiyyəti rəhbərliyə məlumat vermək.
  • Təlimatlara əsasən bina və qurğuları mühafizə etmək;
  • Mühafizə kameralarının işinə nəzarət etmək.
  • Təlimatlara uyğun olaraq mühafizə məsələləri ilə bağlı Şirkətə məxsus ərazidə müntəzəm olaraq baxış keçirmək.
  • Tapşırığın davam etdiyi müddət ərzində müvafiq şəxslər ilə rabitə yaratmaq üçün informasiya mübadiləsi vasitələrindən istifadə etmək.
  • Mühafizə işləri ilə əlaqədar mümkün riskləri müəyyən etmək, onların özünə, digərlərinə, ev və binalara risk dərəcəsini qiymətləndirmək və təkliflər vermək.
  • Dəyişən vəziyyətə nəzarət etmək və mühafizəni təmin etmək məqsədi ilə vəzifə və səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək.
  • Şirkətə daxil olan şəxslərə ilkin ünsiyyət qurmaq, yardımçı olmaq, lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandıma işini görmək.

İş saatları: I-V günlər, 9:00-18:00

Elan tarixi: 05.05.2021

Son müraciət tarixi: 15.05.2021
 

  • Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən

İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. (https://www.kaspi.edu.az/career/)

  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

05.05.2021