VAKANSİYALAR

"Kaspi" Təhsil Şirkəti İnformasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

  • İnformasiya Texnologiyaları sahəsində bakalavriatura dərəcəsi;
  • İT sahəsində 3 il təcrübə;
  • Azərbaycan dilində səlis, ingilis və rus dillərində orta səviyyəli dil bilikləri;
  • Kollektivlə işləmə və ünsiyyət qabiliyyəti.

 

Tələb olunan bilik və bacarıqlar:

  • Server avadanlıqları üzrə iş təcrübəsi;
  • Microsoft texnologiyaları üzrə iş təcrübəsi;
  • Windows ƏS üzrə biliklər;
  • MS ofis proqramlarında sərbəst iş qabiliyyəti;
  • LANs, WANs, şəbəkə seqmentləri, İnternet və İntranet sistemləri üzrə biliklər;
  • Texniki analiz qabiliyyəti (texniki problemləri təyin etmək və həll etmək bacarığı);
  • Kompüter sistemləri, mobil qurğular və digər texniki məhsullar barədə anlayışlar;
  • Access Control system üzrə biliklər (arzu olunandır);
  • Security Camera Systems üzrə biliklər (arzu olunandır);
  • Windows server 2012 R2 üzrə biliklər (arzu olunandır).

 

Vəzifə öhdəlikləri:

  • İnformasiya texnologiyaları infrastrukturunu yaratmaq və  fasiləsiz işini təmin etmək;
  • Şəbəkənin qurulmasını və tənzimlənməsini təmin etmək;
  • Kompyuter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırmaq və şəbəkənin monitorinqini aparmaq;
  • Məlumatların arxivləşdirilməsini təşkil etmək;
  • Sistem və şəbəkə avadanlıqlarını, proqram təminatını quraşdırmaq və yoxlamaq;
  • İT dəstək, infrastrukturu və sistemləri idarə etmək.

 

İş saatları: I-V günlər, 8:00-17:00

İş yeri: “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC (Ünvan: Xocalı pr. 57A)

Elan tarixi: 20.04.2021

Son müraciət tarixi: 10.05.2021
 

• Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

20.04.2021