VAKANSİYALAR

"Kaspi" Təhsil Şirkəti 2020-2021-ci tədris ili üçün Rus bölməsi üzrə Məktəbəqədər təhsil, Tarix və Rus dili müəllimi vakansiyaları üzrə işə qəbul elan edir.

MİNİMUM VAKANSİYA TƏLƏBLƏRİ:

  • Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
  • Sahə üzrə 1 il pedaqoji təcrübə.
     

“KASPİ” TƏHSİL ŞİRKƏTİ BİZİMLƏ İŞLƏMƏYİN MÜQABİLİNDƏ SİZƏ TƏKLİF EDİR:

  • Rəqabətə davamlı əmək haqqı və imtiyazlar;
  • Fərdi və peşəkar inkişaf imkanları;
  • Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
  • Peşəkar və dəstəkləyici işçi heyəti ilə çalışmaq imkanı;
  • Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.
     

İŞ QRAFİKİ:

“Kaspi” Liseyi: I-V günlər 8:30-17:00 və ya cədvələ uyğun olaraq

“Kaspi” Uşaq Bağçası: I-V günlər 8:00-17:00 və ya 9:00-18:00

“Kaspi” Hazırlıq Mərkəzi: Abituriyent, Məktəbəqədər və xarici dil hazırlığı – tam ştat və ya cədvələ və qrupların sayına uyğun olaraq

 

İş yeri: “Kaspi” Liseyi, “Kaspi” Uşaq Bağçası və “Kaspi” Hazırlıq Mərkəzinin Bakı filialları

Son müraciət tarixi: 1 dekabr 2020-ci il

 

  • Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
  •  
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlər imtahan mərhələsinə dəvət olunacaq.
  • İmtahandan müvəffəqiyyətlə keçən namizədlər müsahibə və açıq dərs mərhələlərinə dəvət olunacaq.

İŞƏ MÜRACİƏT FORMASI

23.10.2020