VAKANSİYALAR

"Kaspi" Təhsil Şirkəti Çağrı mərkəzi operatoru vəzifəsi üçün vakansiya elan edir.

“Kaspi” Təhsil Şirkəti Çağrı mərkəzi operatoru vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

  • Orta ixtisas təhsili və ya ali təhsil;
  • Yüksək şifahi və yazılı ünsiyyət bacarığı.        
     

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan və rus dillərində səlis danışıq və yazı bacarığı (İngilis dilini bilmək arzuolunandır);
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • MS Word, MS Excel, MS PowerPoint və Outlook proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti.

Vəzifə öhdəlikləri:

  • Şirkətin mobil və şəhər telefon nömrələrinə daxil olan sorğu və müraciətləri cavabladırmaq, qeydiyyatını aparmaq və izləmək;
  • Müraciət edən şəxslərə Şirkətin məhsul və xidmətləri barədə məlumat vermək;
  • Digər bölmələrə aid olan zəngləri aidiyyəti şəxslərə yönləndirmək.
  • Daxil olmuş təkliflərin məzmunu üzrə – reklam, əməkdaşlıq, təchizat, digər – araşdıraraq uyğun şöbələrə yazılı formada məlumat ötürmək;
  • Daxil olmuş bütün müraciətləri araşdırmaq və müştərilərə geri dönüş edilərək nəticə barədə məlumat vermək;
  • Şirkətin korporativ e-poçt hesabına gələn sorğu və müraciətləri vaxtında cavablandırmaq;
  • Şirkətin sosial media hesabları üzərindən daxil olan sorğu və müraciətləri cavabladırmaq və izləmək;
  • Bölməyə şifahi və yazılı şəkildə daxil olan müracitələrin statistik hesabatlarını hazırlamaq və lazım olduğu halda rəhbərliyə təqdim etmək;
  • Digər tapşırılan mümkün vəzifələri yerinə yetirmək.

 

İş saatları: I-V günlər 9:00-18:00

İş yeri: “Kaspi” Təhsil Şirkətinin Baş ofisi (Ünvan: Xocalı pr.86)

Elan tarixi: 15 sentyabr 2020

Son müraciət tarixi: 1 oktyabr 2020

  • Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

15.09.2020