VAKANSİYALAR

Qəbul işləri üzrə mütəxəssis

“Kaspi” Təhsil Şirkəti Xətai filialına Qəbul işləri üzrə mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

  • Orta ixtisas təhsili və ya ali təhsil;
  • Yüksək şifahi və yazılı ünsiyyət bacarığı.      
     

Tələb olunan bilik və bacarıqlar:

  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (Rus dili və İngilis dilini bilmək arzuolunandır);
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • MS Word, MS Excel, MS PowerPoint və Outlook proqramlarında sərbəst işləmək bacarığı;
  • Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti.
  • Yüksək təqdimat və problemləri həll etmə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik.

Vəzifə öhdəlikləri

  • Şirkətə daxil olan zəngləri cavablandırmaq və digər bölmələrə aid olan müraciətləri təyinatı üzrə yönləndirmək, zənglərin, müraciətlərin və müştəri məlumatlarının qeydiyyatını aparmaq və mütəmadi olaraq yeniləmək;
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və onların istəyinə uyğun köməklik göstərmək və ya müvafiq istiqamətə yönləndirmək;
  • Müştərilərə Şirkətin məhsul və xidmətləri barədə məlumat vermək;
  • Şirkətə daxil olan Tələbələrin ödənişlərinin qeydiyyatını aparmaq və nəzarətdə saxlamaq;
  • Müştərilərin şikayətlərini araşdırmaq, ehtiyac olduğu halda rəhbərliyi və müvafiq şəxsləri məlumatlandırmaq, müəllim və rəhbərliklə  qaydalar çərçivəsində görüş təşkil etmək;
  • Filialın korporativ email və sosial media  hesablarına daxil olan sorğu və müraciətləri vaxtında cavablandırmaq;
  • Tapşırılan digər müvafiq işləri həyata keçirmək.

Əlavə məlumatlar:

  • İş qrafiki:  5.5 gün
  • İş yeri: “Kaspi” Təhsil Şirkətinin Xətai filialı
  • Elan tarixi: 09.09.2020
  • Son müraciət tarixi: 20.09.2020

 

 

  • Maraqlananlar  İşə müraciət formasında  Qəbul işləri üzrə mütəxəssis vəzifəsini seçməklə müraciət edə bilərlər.
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

09.09.2020