VAKANSİYALAR

Lisey Direktorunun Müavini

Minimum vakansiya tələbləri:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində peşəkar ünsiyyət və yazı bacarığı;

 

Tələb olunan bilik və bacarıqlar:

  • Dəqiqlik və məsuliyyətlilik;
  • Yüksək ünsiyyət bacarığı;
  • Analitik təhlil və qərar qəbuletmə qabiliyyəti;
  • Rəsmi və işgüzar danışıqlar və yazışmalar aparmaq bacarığı;
  • Təşkilatçılıq və idarəetmə bacarıqları.

 

Vəzifə öhdəlikləri

  • Şagirdlərin tədris prosesini təşkil edir və ona rəhbərlik və nəzarət edir; Fənn müəlimlərinin və sinif rəhbərlərinin fəaliyətinə rəhbərlik və nəzarət edir.
  • İllik fəaliyyət planı hazırlayır.
  • Şagird və müəlimlərin daxili nizam-intizam qaydalarına riayət olunmasını təmin edir.
  • Yeni təhsil-texnologiyalarını və metodlarını tətbiq olunmasına imkan yaradır.
  • Tədris işlərindəki problemləri, onların nəticələri və həllərini; şagird və müəlim fəaliyətinin nəticələri və inkişaf perspektivlərini, iştirak etdiyi dərslərin və digər fəaliyyətlərin forma və mahiyətini analiz edir.
  • Cəmiyyətdə və Təhsildə baş verən dəyişiklikləri izləyir və uyğun olaraq, məktəbin rəhbərlik etdiyi hissəsinin inkişaf strategiyasında müvafiq düzəlişləri təklif edir;
  • Öz hissəsindəki Şagirdlərin tədris fəaliyyətləri ilə bağlı planlaşdırılan nəticələri proqnozlaşdırır.
  • "Öz hissəsindəki Fənn müəlimlərinin və sinif rəhbərlərinin ümumi fəaliyətini; İmtahanların təşkili və kecirilməsini; Tədris proqramlarının tətbiq edilməsini; Hesabat sənədləşmələrinin hazırlanmasını; Şagirdlərin qiymətləndirilməsinin obyektivliyini; Dərs müşahidələrini; Valideynlərlə ünsiyyət işini, Şagirdlərin dərs yükünü; qeydiyatın aparılmasını; Müəlimlərin və sinif rəhbərlərinin peşə ustalığının artırılmasını; Siniflərin lazımi avadanlıq və vəsaitlərlə təminatını və onların qorunmasına nəzarəti təşkil edir və planlaşdırır.
  • Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirir.

Əlavə məlumatlar:

  • İş yeri: “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC
  • Elan tarixi: 04.08.2020
  • Son müraciət tarixi: 04.09.2020

 

  • Maraqlananlar  İşə müraciət formasında  ( https://www.kaspi.edu.az/career/ ) Lisey Direktorunun Müavini vəzifəsini seçməklə müraciət edə bilərlər.
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

04.08.2020