VAKANSİYALAR

"Kaspi" Təhsil Şirkəti Məktəbəqədər təhsil üzrə müəllim və köməkçi müəllim vəzifələri üzrə vakansiya elan edir:

“Kaspi” Təhsil ŞirkətiBakı şəhəri, Sumqayıt şəhəri və Masazır qəsəbəsində yerləşən müəssisələri üçün Məktəbəqədər təhsil üzrə müəllim və köməkçi müəllim (azərbaycan və rus bölmələri) vəzifəsi üzrə vakansiya elan edir:

Minimum vakansiya tələbləri:

  • Müvafiq sahə üzrə minimum bakalavriat dərəcəsi;
  • Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi

Tələb olunan bilik və bacarıqlar:

  • Peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Yüksək çalışmaq və öyrətmək həvəsi;
  • Sinfin idarə edilməsi bacarığı;
  • Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.
     

“Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

  • Rəqabətə davamlı əmək haqqı;
  • Fərdi inkişaf imkanları;         
  • Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
  • Böyük, mehriban və dəstəkləyici işçi heyəti ilə işləmək imkanı;
  • Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

İş şərtləri:

İş saatları: 

  • “Kaspi” uşaq bağçalarında:I-V günlər, 8:00-17:00 və ya 9:00-18:00;
  • “Kaspi” Kids (Məktəbəqədər hazırlıq) kurslarında: I-V günlər, qrupların sayından asılı olaraq.

İş yeri:  Bakışəhəri, Sumqayıt şəhəri və Masazır qəsəbəsi; “Kaspi” təhsil mərkəzlərivə “Kaspi” uşaq bağçaları
Elan tarixi:06.08.2019
Son müraciət tarixi:15.08.2019

  • Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

06.08.2019