VAKANSİYALAR

"KASPİ" TƏHSİL ŞİRKƏTİNDƏ MÜƏLLİMLƏR ÜÇÜN KARYERA İMKANLARI!

 

“Kaspi” Təhsil Şirkəti 2019-2020-ci tədris ili üçün azərbaycan və rus bölmələri üzrə “Kaspi” Liseyi, “Kaspi” Uşaq Bağçası və “Kaspi” Hazırlıq Mərkəzinə müəllimlərin işə qəbulunu elan edir.

İŞƏQƏBUL AŞAĞIDAKI FƏNLƏR ÜZRƏ HƏYATA KEÇİRİLƏCƏK:

  • Məktəbəqədər təhsil;
  • İbtidai sinif;
  • Azərbaycan dili və ədəbiyyatı;
  • Rus dili və ədəbiyyatı;
  • İngilis dili;
  • Riyaziyyat;
  • Kimya;
  • Biologiya;
  • Tarix;
  • Fizika;
  • Coğrafiya;
  • İnformatika;
  • Bədən tərbiyəsi;
  • Rəsm və texnologiya müəllimi
  • Musiqi müəllimi
  • Rəqs müəllimi

 

MİNİMUM VAKANSİYA TƏLƏBLƏRİ:

  • Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
  • Sahə üzrə 1 il pedaqoji təcrübə.
     

“KASPİ” TƏHSİL ŞİRKƏTİ BİZİMLƏ İŞLƏMƏYİN MÜQABİLİNDƏ SİZƏ TƏKLİF EDİR:

  • Rəqabətə davamlı əmək haqqı və imtiyazlar;
  • Fərdi və peşəkar inkişaf imkanları;
  • Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
  • Peşəkar və dəstəkləyici işçi heyəti ilə çalışmaq imkanı;
  • Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.
     

İŞ QRAFİKİ:

“Kaspi” Liseyi: I-V günlər 8:30-17:00 və ya cədvələ uyğun olaraq

“Kaspi” Uşaq Bağçası: I-V günlər 8:00-17:00 və ya 9:00-18:00

“Kaspi” Hazırlıq Mərkəzi: Abituriyent, Məktəbəqədər və xarici dil hazırlığı – tam ştat və ya cədvələ və qrupların sayına uyğun olaraq

 

İş yeri: “Kaspi” Liseyi, “Kaspi” Uşaq Bağçası və “Kaspi” Hazırlıq Mərkəzinin Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki filialları

Son müraciət tarixi: 17 may 2019-cu il

İmtahan tarixi: 19 may 2019-cu il

  • Maraqlananlar İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlər imtahan mərhələsinə dəvət olunacaq.
  • İmtahandan müvəffəqiyyətlə keçən namizədlər müsahibə və açıq dərs mərhələlərinə dəvət olunacaq.

İŞƏ MÜRACİƏT FORMASI

17.05.2019