Jurnalistlər üçün İngilis dili

Kaspi Təhsil Şirkəti Xəzər Media Mərkəzinin dəstəyilə Jurnalistlər üçün Ödənişsiz İngilis dili təlimləri.

Artıq 12 ildir təhsil sahəsində fəaliyyətini uğurla davam etdirən Kaspi Təhsil Şirkəti, Xəzər Media Mərkəzinin dəstəyilə jurnalistlər üçün peşəkar ingilis dili kurslarına start verdi.

Kaspi Polyglot dil kursları nəzdində təşkil olunacaq ingilis dili kurslarının əsas məqsədi Azərbaycanın bacarıqlı jurnalistlərinin ingilis dili biliklərini artırmaq və inkişaf etdirməkdir.

Təlimdə iştirak etmək üçün 40 jurnalist seçilərək ingilis dili bilik səviyyəsinə görə 4 qrupa bölünəcək. Tədris 6 ay ərzində davam edəcək və yekunda ingilis dili imtahanından uğurla keçən jurnalistlər sertifikat əldə edəcək.

Təlimdə iştirak etmək istəyən jurnalistlər müraciət formasını, jurnalist vəsiqəsinin sürəti və 2019-cu ildə dərc olunan 3 yazısını və ya yayımlanan video süjeti (audio yazısını) media@kaspi.edu.az emailinə göndərməlidir. Müraciətlər 30 noyabr tarixinə qəbul olunacaq.  

Dekabr ayının əvvəlində jurnalistlərin ingilis dili bilik səviyyələrini ölçmək məqsədilə imtahan keçiriləcək. Nəticələr və təlimlərdə iştirak edəcək jurnalistlərin seçimi xüsusi təşkil olunan Komissiya tərəfindən dəyərləndiriləcək. Komissiyanın tərkibi Kaspi Təhsil Şirkətinin rəhbərliyi, Xəzər Media Mərkəzinin nümayəndəsi, Mətbuat Şurasının nümayəndəsi, müstəqil ekspertlər və ictimai xadimlər iştirakı ilə formalaşacaq. Dərslər yanvar ayının əvvəlində başlayır və iyun ayının sonuna qədər davam edəcək.

Müraciət formasını yükləmək üçün klikləyin.