XƏBƏRLƏR

"Zəfər günü"nə həsr olunmuş Bilik Yarışı

 Əziz şagirdlər, Kaspi Təhsil Mərkəzi sizi 7 Noyabr tarixində "Zəfər günü"nə həsr olunmuş Bilik yarışına dəvət edir. Müsabiqə Azərbaycan və Rus bölmələri üzrə 2, 3, 4, 5, 6, 7 və 8- ci sinif şagirdləri arasında keçiriləcək. Bilik yarışmasında iştirak etməklə siz qiymətli hədiyyələr, diplom və sertifikatlar bundan başqa KASPİ kurslarına müxtəlif ENDİRİMLƏR qazanmaq imkanı əldə edəcəksiniz.
Qeydiyyat Kaspi Təhsil Mərkəzinin bütün filiallarında aparılır. 
7 Noyabr tarixində keçiriləcək Bilik Yarışında hər sinif üzrə 85 baldan yuxarı ən yüksək nəticə göstərən ilk 3 şagird diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Son qeydiyyat tarixi: 5 Noyabr.
Yarışmada iştirak ödənişlidir. Bilik Yarışından əldə olunan vəsaitin 15%-i YAŞAT fonduna köçürüləcək.
Ödəniş: 6 azn
 
Ətraflı məlumat üçün:
* 78 78, (055) 515 78 78
08.10.2021