XƏBƏRLƏR

"Kaspi" Liseyinə qəbul başladı

“Kaspi” Liseyinə qəbul başladı
“Kaspi” Liseyinə şagirdlərin qəbulu üçün müsabiqəyə start verildi.
Qəbul imtahanı I siniflər üçün 13 aprel, II-XI siniflər üçün isə 21 aprel tarixində baş tutacaq. Respublika olimpiadasında I yer qazananlar 100%, II yer 75 %, III yer 50 % təhsil haqqından azad olunurlar.
 
İmtahanda iştirak haqqı 10 AZN-dir.
 
Təhsil haqları:
Ağ şəhər liseyi üzrə Azərbaycan bölməsində ibtidai siniflər üçün 6500 AZN, yuxarı siniflər üçün isə 7000 AZN- dir.
 Ağ şəhər liseyi üzrə Rus bölməsində İbtidai siniflər üçün 7200 AZN, yuxarı siniflər üçün isə 7700 AZN-dir.
 
Bakıxanov liseyi üzrə Azərbaycan bölməsində ibtidai siniflər üçün 6100 AZN, yuxarı siniflər üçün isə 6600 AZN-dir.
 
Yeni ildən etibarən Bakıxanovda rus bölməsi 1-ci sinifə qəbul üçün 1 siniflik yer açılacaq. Təhsil haqqı 7200 AZN
Əlaqə:
Ağ Şəhər Filialı (012) 489 21 59
Bakıxanov Filialı (012) 565 20 46
04.04.2019