
Kimya. (Orta məktəb şagirdləri və abituriyentlər üçün vəsait)
Bu kitab Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Kimya və kimya texnologiyası” bölməsinin 1 saylı, 05.01.2001-ci il tarixli protokolu ilə təsdiq edilmişdir. Vəsaitin əsas məqsədi ali məktəblərə daxil olmaq istəyən şagird və abituriyentlərə qısa vaxt ərzində kimyanın orta məktəb tədris materialını yığcam, tam və sistemli şəkildə çatdırmaqdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012 – ci ildə verilən qəbul proqramı üzrə tərtib edilmiş bu vəsait qüvvədə olan ümumtəhsil məktəblərinin kimya proqramını tam əhatə edir.
Vəsait üç hissədən – ümumi, qeyri üzvi və üzvi kimya hissələrindən ibarətdir. Vəsaitin ümumi kimya hissəsində kimyanın əsas anlayış və qanunları müasir tələblərə uyğun səviyyədə izah edilmişdir. Qeyri üzvi və üzvi kimya hisssələrində tədris materialının müəyyən ardıcıllıqla verilməsi öyrənilən maddələr haqqında ətraflı nəzəri məlumat almağa və materialı asan mənimsəməyə imkan verir.
Bu kitab ali məktəbə daxil olmaq istəyən şagird və abituriyentlər, həmçinin orta və orta ixtisas məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuşdu