NƏŞRLƏRİMİZ

English for kids

English for kids

«English for kids» kitabı məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuşdur.  Kitabda “Salamlaşma”, “Meyvələr”, “Ailə üzvləri”, “Bədən üzvləri”, “Heyvanlar”, “Fiqurlar” və s. kimi mövzular yer almışdır. İstifadə olunan yeni sözlərin transkripsiyası azərbaycan dilində verildiyindən, hətta ingilis dilini bilməyən valideynlər də övladlarının tədris prosesində aktiv iştirak edə biləcəklər.
Kitabı başa çatdırdıqda, uşaqlar ingilis dilində sərbəst şəkildə salamlaşmağı, sağollaşmağı, özlərini təqdim etməyi, öz yaşlarını deyə bilməyi, 10-a qədər saymağı bacarmaqla yanaşı, yuxarıda sadalanan mövuzları əhatə edən sözləri, bəzi sifət və felləri, otaqların və ev əşyalarının adlarını da ingilis dilidə ifadə edə biləcəklər.