Vakansiya 5

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 10 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı əməkdaşlarının fərdi və professional inkişafı üçün lazımi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasını uğurlu şəkildə davam etdirmək istəyən namizədləri öz komandasına dəvət edir.

Vakansiya: İnsan resursları departamentinin rəhbəri

Minimum vakansiya tələbləri:

→İqtisadiyyat, Menecment, Biznesin təşkili sahəsində bakalavriatura dərəcəsi;

→İR sahəsində minimum 5 illik iş təcrübəsi;

→İR sahəsində rəhbər vəzifələr üzrə minimum 3 illik iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

→​Əmək qanunvericiliyi ilə bağlı mükəmməl bilik və iş təcrübəsi;

→​Azərbaycan dilində səlis, ingilis və rus dillərində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;

→​MS Word, MS Excel, MS PowerPoint, MS Outlook proqramlarında sərbəst iş qabiliyyəti;

→​Yüksək idarəetmə və ünsiyyət qabiliyyəti;

→​Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti;

→​İnnovativlik və yaradıcılıq bacarığı;

→​Vaxtın səmərəli idarə olunması bacarığı;

→​İR Departamentinin fəaliyyət istiqamətləri və funksiyaları haqqında biliklər.

Vəzifə öhdəlikləri:

→​“Kaspi” təhsil şirkətinin İnsan resursları şöbəsinin İR strategiyasının hazırlanması və ona uyğun idarə edilməsi;

→​İnsan resurslarının planlaşdırılması və idarəedilməsi;

→​Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunması;

→​İşçi axınının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;

→​Müntəzəm olaraq “Kaspi” təhsil şirkətinin bütün struktur bölmələrində iş analizlərinin aparılmasını təmin etmək;

→​“Kaspi” təhsil şirkətində bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;

→​Müntəzəm olaraq (3, 6 və ya 12 aydan bir) əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;

→​İnsan resursları şöbəsinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması;

→​Ehtiyaclara əsasən təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;

→​Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;

→​İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;

→​Rəhbərliyə aylıq, rüblük və illik olaraq müvafiq hesabatların hazırlanması və təqdim edilməsi.


İş saatları: I-V günlər, 9:00-18:00

İş yeri: “Kaspi” təhsil şirkətinin baş ofisi (Ünvan: Xocalı pr.57A, Kaspi Ağ Şəhər liseyi)

Elan tarixi: 07.02.2018

Son müraciət tarixi: 07.03.2018

Maraqlananlar onlayn müraciət formasını dolduraraq müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

 

İŞƏ MÜRACİƏT FORMASI