Vakansiya 6

Müasir tələblərə cavab verən, keyfiyyətli təhsil sisteminə və 10 illik zəngin təcrübəyə malik olan “Kaspi” Təhsil Şirkəti beynəlxalq təhsil proqramı və təcrübələrindən yararlanaraq tədris prosesini təşkil etməsi ilə yanaşı, əməkdaşlarının fərdi və professional inkişafı üçün lazımi şərait yaradır. Peşəkar iş mühiti, səmimi və mehriban kollektivi ilə fərqlənən “Kaspi” Təhsil Şirkəti karyerasını inkişaf etdirmək istəyən namizədləri öz komandasına dəvət edir.

Vakansiya:  İnsan resursları üzrə mütəxəssis 

Minimum vakansiya tələbləri:

→İqtisadiyyat, Menecment, Biznesin təşkili sahəsində bakalavriatura dərəcəsi;

→İnsan resurslarının idarə edilməsi sahəsində bakalavriatura və ya magistratura təhsili alanlara üstünlük verilir;

→Sahə üzrə minimum 2 illik iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

→Əmək qanunvericiliyi ilə bağlı bilik və əmək məcəlləsi ilə işləmək qabiliyyəti;

→Azərbaycanda dilində səlis, ingilis dilində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti. Rus dili biliyi üstünlükdür;

→MS Word, MS Excel, MS Power Point proqramlarında sərbəst iş qabiliyyəti;

→Analitik təhlil bacarığı və qərar qəbuletmə qabiliyyəti;

→Müxtəlif ölçülü auditoriya qarşısında təqdimat qabiliyyəti;

→Vaxtın səmərəli idarə olunması bacarığı.

Vəzifə öhdəlikləri:

→“Kaspi” Təhsil Şirkətinin ştat cədvəlinin idarə edilməsi və tələb olunan bütün dəyişikliklərin vaxtında aparılması;

→İnsan resurslarının planlaşdırılması - əmək bazarının araşdırılması və təhlil olunması, şirkətin struktur bölmələri üzrə ehtiyacların müəyyən olunması;

→Vakansiya üzrə iş elanlarının hazırlanması, mövcud elanların təkmilləşdirilməsi;

→İşə qəbul üzrə bütün mərhələlərin təşkil olunması və effektiv aparılmasının təmin olunması;

→Namizədlər üzrə məlumat bazasının idarə olunması;

→Yeni işçilərin adaptasiya prosesinin təşkili və həyata keçirilməsi, tələb olunduğu zaman oriyentasiya təqib formasının təkmilləşdirilməsi;

→Müvafiq vəzifəyə yeni təyin olunmuş işçilərin sınaq müddətinin izlənməsi, sınaq dövründə fəaliyyətinin dəyərləndirilməsi və sınaq dövründə fəaliyyətin dəyərləndirilmə formasının təkmilləşdirilməsi;

→İşçi heyətinin şirkətin Daxili İntizam Qaydalarına riayət etməsinə nəzarətin həyata keçirilməsi və qayda pozuntuları zamanı müvafiq tədbirlərin görülməsi.
 

İş saatları: I-V günlər, 9:00-18:00

İş yeri: “Kaspi” Təhsil Şirkətinin baş ofisi (Ünvan: Xocalı pr.57 A, Kaspi Ağ Şəhər liseyi)

Əmək haqqı: Rəqabətə davamlı əmək haqqı və nahar

Elan tarixi: 07 Fevral 2018

Son müraciət tarixi: 07 Mart 2018

Maraqlananlar onlayn müraciət formasını dolduraraq müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

 

İŞƏ MÜRACİƏT FORMASI