Magistr proqramı

Kaspi Təhsil Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də Ali Məktəblərin Magistratura pilləsinə hazırlıqdır. Bildiyimiz kimi TQDK-nın Magistraturaya qəbul imtahanları 2 mərhələdə aparılır:

  • 1. Mərhələdə - Məntiq, informatika və xarici dil bilikləri yoxlanılır
  • 2. Mərhələdə ixtisas üzrə biliklər yoxlanılır

Kaspi Magistr bölməsində TQDK-nın magistratura mərhələsinin 1-ci mərhələsinə hazırlıq

  • məntiq
  • informatika,
  • ingilis və rus dilləri

üzrə bütün proqramı əhatə edir.

Dərslər magistratura hazırlığı sahəsində tanınmış TQDK ilə əməkdaşlıq edən ekspertlərimiz tərəfindən aparılır.

Hər bir fənn üzrə dərslərin keçirilmə mexanizmi, biliyin bütün mərhələlərdə yoxlanılması, qiymətləndirilməsi sxemi işlənib hazırlanmışdır.

TQDK-nın seminarlarına mütəmadi qatılan ekspertlərimiz imtahan suallarının standartlarının müəyyən olunması və testlərin tərtibatı ilə bağlı müzakirələrdə iştirak edirlər. Qəbul İmtahanları ilə əlaqədar qəbul olunan yeniliklər və dəyişikliklər haqqında ən etibarlı məlumatları operativ şəkildə əldə edir və tələbələrə çatdırırlar. Tələbələrimiz də test formatlarından, standartlarından, TQDK sistemindəki dəyişikliklərdən vaxtında xəbərdar olaraq hazırlıqlarını buna uyğun edirlər.