KASPİ KİDS - in yeni nəşrləri işıq üzü gördü.

«English for kids» kitabı məktəbəqədər uşaqlar üçün nəzərdə tutulmuşdur.  Kitabda “Salamlaşma”, “Meyvələr”, “Ailə üzvləri”, “Bədən üzvləri”, “Heyvanlar”, “Fiqurlar” və s. kimi mövzular yer almışdır. İstifadə olunan yeni sözlərin transkripsiyası azərbaycan dilində verildiyindən, hətta ingilis dilini bilməyən valideynlər də övladlarının tədris prosesində aktiv iştirak edə biləcəklər.
Kitabı başa çatdırdıqda, uşaqlar ingilis dilində sərbəst şəkildə salamlaşmağı, sağollaşmağı, özlərini təqdim etməyi, öz yaşlarını deyə bilməyi, 10-a qədər saymağı bacarmaqla yanaşı, yuxarıda sadalanan mövuzları əhatə edən sözləri, bəzi sifət və felləri, otaqların və ev əşyalarının adlarını da ingilis dilidə ifadə edə biləcəklər.


Riyaziyyat -  bu məktəbəqədər təlimlər zamanı uşaqların riyazi təfəkkürlərini və məntiqi qabiliyyətlərini formalaşdırmaq, yaddaş və diqqətini inkişaf etdirmək üçün nəzərdə tutulub.


Savad təlimi – Bu dərs vəsaiti uşaqları dilimizin hərfləri ilə tanış edəcək, sərbəst oxumaq və yazmağa  hazırlayacaq, onların dünyagörüşünü və məntiqi təfəkkürünü inkişaf etdirəcəkdir.


Математика – Это учебное пособие предназначено детям дошкольного возраста для формирования математического мышления и логики, а так же для развития памяти и внимания в  процессе обучения.