İngilis dili üzrə test bankı

İngilis dili. I hissə. Tapşırıqlar. Test bankı.

(Abituriyentlər, müəllimlər və ingilis dilini öyrənənlər üçün vəsait)

Əziz abituriyentlər! Hörmətli müəllimlər və valideynlər!

Sizə Kaspi Təhsil Şirkətinin növbəti test bankı təqdim olunur. Bu “İngilis dili” fənni üzrə test toplusudur. Qeyd edək ki, Kaspi Təhsil Şirkətinin Abituriyent hazırlığını bu illər ərzində yüzlərlə abituriyent bitirərək, yüksək ballarla arzuladıqları ali məktəblərə qəbul olmuşlar. Uğurumuzun əsas səbəblərindən biri kimi onu göstərə bilərik ki, Kaspi Təhsil Mərkəzilərində proqramların tədrisi prosesində ən maraqlı və özünü doğruldan layihələrə üstünlük verilir. Belə ki, Kaspi Təhsil Şirkətinin rəhbərliyi mərkəzin müəllimləri ilə yanaşı, Respublikamızın dərslik sahəsində böyük təcrübəyə malik olan alimləri ilə birlikdə, abituriyentlərin səmərəli hazırlığını təmin etmək məqsədilə müxtəlif fənlər üzrə dərs vəsaitləri, test bankları çap edərək ictimaiyyətin istifadəsinə vermişdir.

“İngilis dili. Test bankı. I hissə. Qrammatika” adlı bu test bankı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ingilis dili ilə bağlı çap etdiyi proqramı tam əhatə edir. Vəsaitin yazılması zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdiyi dərsliklərdə olan qrammatik və leksik metariallara istinad edilmişdir. Test bankı hazırlanarkən dərsliklərdə, tədris və qəbul proqramlarındakı bütün yenilik və dəyişiklilər nəzərə alınmışdır. Test bankındakı test tapşırıq nümunələri qəbul proqramına daxil edilmiş mövzular üzrə öz əksini tapmış və müxtəlif tipli test nümunələri cəmlənmişdir. Burada İngilis dilinin qrammatikası mövzuları – Morfologiya və Sintaksis bölmələri üzrə çoxsaylı test nümunələri toplanmışdır. Test bankında mövzular üzrə - “The Noun” 220 test, “The Quantifiers” 100 test, “The Articles” 130 test, “The Numeral” 45 test, “The Pronouns” 300 test, “The Adjectives” 100 test, “The Adverbs” 234 test, “The Prepositions” 155 test, “The Tense forms: The Sequence of Tenses” 458 test, “There is... / It is...” 58 test, “The Modal Verbs” 190 test, “The Passive Voice” 195 test, “The Types of Simple sentences” 240 test, “The Particles” 70 test, “The Non-finite forms of the verb” 85 test, “The Complex Object” 100 test, “The Conjunctions” 110 test, “The Composite Sentences” 80 test, “The Subject-Predicate Agrreement” 80 test olmaqla, ümumilkdə 3000-ə yaxın test nümunəsi vardır. Hər bir qrammatik mövzu üzrə test nümunələri tədris olunan materialın mahiyyətini tam şəkildə əvvəldən axıra qədər,  sadə test nümunələrindən başlayaraq mürəkkəb test nümumələrinədək ardıcıllıqla əhatə edir və abituriyentin öyrəndiyi materialın bütün məqamlarını özündə ehtiva edir.

Bu testlərin həll edilməsi abituriyentlərə test həlli vərdiş və bacarıqlarını aşılayacaq və onlara imtahanlarda uğur qazanmaq üçün faydalı olacaqdır. Abituriyentlər test bankı vasitəsilə öz biliklərini yoxlamaq imkanını əldə edir və eləcə də test bankından istifadə etməklə müəllimlər şagirdlərinin, valideynlər övladlarının bilik səviyyəsilə bağlı səhih məlumat ala biləcəklər. Test bankı təkcə abituriyentlərin qəbul imtahanlarına hazırlığı prosesində deyil, həm də orta məktəb şagirdlərinin buraxılış imtahanlarına hazırlığı prosesində olduqca faydalı mənbə olacaqdır. Hər bir ingilis dili müəllimi test bankından öz peşə hazırlığını inkişaf etdirmək üçün də istifadə edə bilər. Bundan əlavə, ingilis dili müəllimləri və metodistlər test bankından faydalanaraq yeni test nümunələri tərtib edə bilərlər. Əminliklə deyə bilərrik ki, test bankı ölkəmizdə testologiyanın inkişafında mühüm vəsaitlərindən biri olacaqdır.

Qeyd etdiyimiz kimi test bankı biliyin qiymətləndirilməsi vasitələrindən biridir. Ona görə də bizim sizə tövsiyəmiz odur ki, test bankındakı testləri həll etməmişdən əvvəl mövzu üzrə dərrsliklərdəki materialları tam şəkildə mənimsəyin, əvvəlcə biliyi əldə edin. Bunun ardınca test bankı vasitəsilə həmin biliyi daha da möhkəmləndirin. Bu yolda hamıya uğurlar diləyirik!

Bu hələ son deyil! Tezliklə test bankının II hissəsi – “İngilis dili. Test bankı. II hissə. Lüğət” adlı hissəsi işıq üzü görəcəkdir. Burada sizlərə ingilis dilinin lüğət bazasının yoxlanılması və möhkəmlədirilməsi üzrə zəngin test toplusu təqdim olunacaqdır. Bununla abituriyentlər ingilis dilini həm nəzəri, həm də praktik şəkildə öyrənmək imkanı əldə edəcəklər. Başqa sözlə desək, bizim məqsədimiz şagirdlərdə ingilis dili və bu dildə ünsiyyət sahəsində bilik və bacarıqları formalaşdırmaq, ingilis dili təliminin həyatla əlaqəsinin möhkəmləndirmək, yəni ingilis dili sahəsində qazanılmış bilik və bacarıqları nizamlayıb nitq vərdişinə çevirməkdir.

Sonda bir daha  nəzərinizə çatdırmaq istəyirik ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ingilis dili ilə bağlı çap etdiyi proqramı,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdiyi dərsliklərin materialları və Kaspi Təhsil Şirkətinin müəllimlərinin uzun illər ərzində əldə etdiyi zəngin təcrübə əsasında ərsəyə gəlmiş nəşrlərimizin əhatəli, məqsədəuyğun, daha gərəkli olacağına ümid edirik və bizim nəşrlərdən faydalanan, bizə etimad göstərən hər kəsə əvvəlcədən öz təşəkkürümüzü bildiririk!