1 aya 1 səviyyə - İngilis dili üzrə yeni sistem

PRAKTİK İNGİLİS DİLİ KURSLARI

 

Standard Ingilis Dili Kursları

( 15 yaşdan yuxarı tələbələr üçün nəzərdə tutulub )

Proqramın məqsədi

Proqramın başlıca məqsədi qısa zamanda ingiliscə danışma, dinləmə, oxuma, yazma bacarıqlarını və zəruri qrammatika bazasını tələbələrə verməkdir. Dərslər müasir və mükəmməl proqram  əsasında təşkil olunur və interaktiv metodlarla keçirilir. Həftə sonu 2 gündə ( cümə və şənbə günü ) 3 saat danışıq dərsi tələblərin söz ehtiyatı və danışıq vərdişlərini inkişaf etdirməyə imkan verir. Səviyyələr qısa müddət ərzində tamamlanır ( 4 və ya 5 həftə ) və  hər bir səviyyənin sonunda tələbələr səviyyə imtahanı verərək növbəti səviyyəyə keçir.

Bütün dərs materialları Mərkəz tərəfindən təmin edilir. Həmçinin, Kaspinin tələbə portalında hər bir tələbə  kursuna aid əlavə oxu, dinləmə, test tapşırıqları üzrə  resurslara  çıxış əldə edir.

 

Proqram haqqında ümumi məlumat:

 

►İngilis dili kursu 11 səviyyəli proqram üzrə həyata keçirilir;

►Hər bir səviyyə 4 və ya 5 həftə davam edir;

►Dərslər fərdi və kiçik qruplar ( 4 - 6 nəfərlik ) şəklində keçirilir;

►Həftə ərzində 6 saat dərs: 3 saat proqram dərsi ( həftədə 2 dəfə, hər bir dərs 1,5 saat ) : 1,5 saat speaking dərsi; 1,5 saat " Conversation " dərsi

►Danışıq dərsləri 4 müxtəlif səviyyəli 10-15 nəfərlik qruplarda yerli və ya əcnəbi müəllimlər tərəfindən aparılır.

 

Proqramın üstünlükləri:

 

►Xaricdən dəvət olunmuş İngilis dilinin tədrisi və metodologiyası üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən hazırlanmış proqram;

►Hər bir səviyyəni sürətlə bitirmə imkanı;

►Səviyyələrin qısa müddətli olması tələbələrin bu müddət ərzində nə öyrəndiyini bilmə və üzləşdiyi çətinlikləri tez aradan qaldırmağa imkanı verir;

►Ev tapşırıqlarının həm online, həm də kağız üzərində yerinə yetirmə imkanı;

►Dərs prosesində tələbələrin biliklərinin xüsusi qiymətləndirmə sistemi;

►Danışıq dərslərinin xüsusi hazırlanmış tapşırıq və materiallar vasitəsilə keçirilməsi;

►Dərs vəsaitlərinin Mərkəz tərəfindən təmin edilməsi.

►12 aya ingilis dilini mükəmməl öyrənmə  imkanı.

 

Qiymətləndirmə:

 

►Dərs zamanı müəllim tərəfindən qiymətləndirmə

►Səviyyə sonunda növbəti səviyyəyə keçid imtahanı

 

Proqramın qiyməti:

  • Fərdi

    • 160 AZN ( 4 həftəlik -12 saat proqram dərsi + 12 saat danışıq dərsi )

  • Qrup ( 4-6 nəfər )

    • 80 AZN ( 4 həftəlik - 12 saat proqram dərsi + 12 saat danışıq dərsi )

 Kursu bitirənlərə sertifikat verilir!*