NƏŞRLƏR

Kaspi Təhsil Şirkətinin  Abituriyent hazırlığını  hər il yüzlərlə tələbə bitirərək, yüksək ballarla arzuladıqları ali məktəblərə qəbul olurlar. Uğurumuzun əsas səbəblərindən biri kimi onu göstərə bilərik ki, Təhsil Mərkəzlərində proqramların tədrisi prosesində ən maraqlı və özünü doğruladan layihələrə üstünlük verilir. Belə ki, Kaspinin rəhbərliyi mərkəzin müəllimləri ilə yanaşı, respublikanın dərslik sahəsində böyük təcrübəyə malik olan alimləri ilə birlikdə, abituriyentlərin səmərəli hazırlığını təmin etmək məqsədilə müxtəlif fənlər üzrə dərs vəsaitləri, test bankları çap edərək ictimaiyyətin istifadəsinə vermişdir. Müəlliflər tərəfindən bir çox mövzularla bağlı materiallar nəzəri-metodoloji mülahizələrlə sistemləşdirilmişdir. Bu nəşrlərin daha bir üstünlüyü ondan ibarətdir ki, mövzular sadə dildə yazılmış, lakonik və yığcam şəkildə təqdim olunmuşdur. Hər bir nəşrimiz ali məktəbə qəbul olmaq istəyən abituriyentlərə mövcud proqram üzrə biliklərin daha asan yollarla mənimsədilməsi məqsədi ilə tərtib olunmuşdur.

TQDK-nın materialları və zəngin təcrübəmiz əsasında ərsəyə gəlmiş nəşrlərimizin əhatəli, məqsədəuyğun, daha gərəkli olacağına ümid edirik və bizim nəşrlərdən faydalanan, bizə etimad göstərən hər kəsə əvvəlcədən öz təşəkkürümüzü bildiririk.