Nəşrlər

Kaspi Təhsil Şirkətinin Abituriyent hazırlığını 8 il ərzində yüzlərlə tələbə bitirərək, yüksək ballarla arzuladıqları ali məktəblərə qəbul olmuşlar. Uğurumuzun əsas səbəblərindən biri kimi onu göstərə bilərik ki, Kaspi Təhsil Mərkəzilərində proqramların tədrisi prosesində ən maraqlı və özünü doğruladan layihələrə üstünlük verilir. Belə ki, Kaspinin rəhbərliyi mərkəzin müəllimləri ilə yanaşı, respublikanın dərslik sahəsində böyük təcrübəyə malik olan alimləri ilə birlikdə, abituriyentlərin səmərəli hazırlığını təmin etmək məqsədilə müxtəlif fənlər üzrə dərs vəsaitləri, test bankları çap edərək ictimaiyyətin istifadəsinə vermişdir. Müəlliflər tərəfindən bir çox mövzularla bağlı materiallar nəzəri-metodoloji mülahizərlərlə sistemləşdirilmişdir. Bu nəşrlərin daha bir üstünlüyü ondan ibarətdir ki, mövzular sadə dildə yazılmış, lakonik və yığcam şəkildə təqdim olunmuşdur. Hər bir nəşrimiz ali məktəbə qəbul olmaq istəyən abituriyentlərə mövcud proqram üzrə biliklərin daha asan yollarla mənimsədilməsi məqsədilə tərtib olunmuşdur.

TQDK-nın materialları və zəngin təcrübəmiz əsasında ərsəyə gəlmiş nəşrlərimizin əhatəli, məqsədəuyğun, daha gərəkli olacağına ümid edirik və bizim nəşrlərdən faydalanan, bizə etimad göstərən hər kəsə əvvəlcədən öz təşəkkürümüzü bildiririk.

 

Dərs vəsaitləri:

1. İngilis dili. I hissə. Qrammatika. Lüğət. (Abituriyentlər, müəllimlər və ingilis dilini öyrənənlər üçün vəsait)

Əziz, abituriyentlər! Hörmətli valideynlər və müəllimlər! “ İngilis dili ” adlı bu dərs vəsaiti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ingilis dili ilə bağlı çap etdiyi proqramı tam əhatə edir. Vəsaitin yazılması zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdiyi dərsliklərdə olan qrammatik və leksik metariallara istinad edilmişdir. Kitabın üstün cəhəti ondan ibarətdir ki, burada ingilis dilinin tədrisi ilə bağlı Avropa və Amerika ölkələrində tətbiq olunan qabaqcıl tədris metod və vasitələrindən geniş istifadə olunmuşdur. Bu kitabı əldə edib lazımi qaydada mənimsəyən abituriyentlər ingilis dilini həm nəzəri, həm də praktik şəkildə öyrənmiş olarlar. Başqa sözlə desək, bizim məqsədimiz şagirdlərdə ingilis dili və bu dildə ünsiyyət sahəsində bilik və bacarıqları formalaşdırmaq, ingilis dili təliminin həyatla əlaqəsinin möhkəmləndirmək, yəni ingilis dili sahəsində qazanılmış bilik və bacarıqları nizamlayıb nitq vərdişinə çevirməkdir. Bu məqsədə nail olmaq üçün dərs vəsaiti “ İngilis dili - I hissə ” və “İngilis dili - II hissə ” olaraq iki hissəyə bölünmüşdür.

Sizlərə təqdim olunan “ İngilis dili -I hissə ” adlı dərs vəsaitinin özü də kontekstə görə iki bölmədən ibarətdir ki, burada sizlərə birinci bölmə haqqında məlumat verəcəyik.

Birinci bölmə, “Qrammatika” və “Lüğət” altbölmələrindən təşkil olunmuşdur. “ Qrammatika ” altbölməsi 15 əsas dərsdən ibarətdir. Hər bir dərs qrammatik materialın izahından və sinif çalışmalarından təşkil olunmuşdur ki, bu da abituriyentlərə müəllimin göstərişi və rəhbərliyi ilə verilən qrammatik materialı düzgün şəkildə öyrənməyə və onu praktik olaraq tapşırıqlara və testlərə tətbiq etməyə imkan verəcəkdir. Bu hissədəki qrammatik materialı öyrənməklə abituriyentlər TQDK-nın ingils dili ilə bağlı çap etdiyi proqramın 40%-ini mənimsəmiş olurlar.

“ Lüğət ” altbölməsində isə 15 dərsin hər birinə müvafiq olaraq konkret sözlər toplanmışdır. Bu sözləri mənimsəməklə abituriyentlər TQDK tərəfindən nəzərdə tutulmuş leksik minimuma, yəni 950 produktiv (aktiv) və 2500 reseptiv (passiv) lüğət fonduna sahib ola bilərlər.

Beləliklə, “ İngilis dili - I hissə ” adlı dərs vəsaiti ingilis dilinin öyrənilməsi və tədrisi ilə bağlı respublikada azərbaycan dilində yazılmış ilk və yeganə kompleks tədris vəsaitidir. Bu vəsaitdə ingilis dilinin tədris olunması ilə bağlı ən yeni üsullar və metodlar öz əksini tapmışdır.

Bu vəsait hələ son deyil! Çox tezliklə vəsaitin növbəti bölməsi – “ İngilis dili - II hissə ” adlı vəsait işıq üzü görəcəkdir. Çap olunacaq yeni vəsaitdə ingilis dilinin qrammatikası ilə bağlı yerdə qalan bütün mövzular və materiallar öz əksini tapacaqdır.

2. Kimya. (Yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait)

Bu vəsait Azərbaycan Respublikası Təhsil nazirliyinin 01.04.2011 ci il tarixli 516 saylı əmri ilə təsdiq edilmişdir.

Vəsait Təhsil Nazirliyinin təsdiq etdiyi tədris proqramını (VIII – XI siniflər) tam əhatə edir.

Bu kitab üç bölmədən ibarətdir:

1.Ümumi kimya

2.Qeyri-üzvi kimya

3.Üzvi kimya

Bu vəsaitin yazılmasında məqsəd bəzi şagirdlər üçün çətin və cansıxıcı görünən kimya fənninin əslində nə qədər asan və maraqlı olduğunu göstərmək və qısa vaxt ərzində orta məktəb tədris materialını yığcam, tam və sistemli şəkildə çatdırmaqdır.

Mövzuların izahı şagirdlərin daha asan və tez anlaya biləcəyi bir səviyyədə yazılmışdır. Mövzu içərisində bəzi məqamlara diqqət çəkmək, eləcə də öyrənmənin daha asan və yaddaqalıcı olması üçün xüsusi rəngli yazılardan, rəngli şəkillərdən, həmçinin xüsusi qeydlərin yazıldığı rəngli çərçivələrdən istifadə edilmişdir. Şagirdlərin qavramaqda çətinlik çəkdiyi mövzuların sonunda həmin mövzulara daha da aydınlıq gətirmək üçün izahlı testlər verilmişdir. Elə kitabın əsas üstün cəhətləri də bunlardır.

Zövqlə dizayn edilmiş bu kitabın kimya fənnini öyrənməyi həm asanlaşdıracağı, həm də maraqlı hala gətirəcəyi üçün şagirdlərə, müəllimlərə, həmçinin abİturiyentlərə yararlı olacağına ümid edirik.

3. Kimya. ( Orta məktəb şagirdləri və abituriyentlər üçün vəsait )

Bu kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurası nın “Kimya və kimya texnologiyası” bölməsinin 1 saylı, 05.01.2001-ci il tarixli protokolu ilə təsdiq edilmişdir. Vəsaitin əsas məqsədi ali məktəblərə daxil olmaq istəyən şagird və abituriyentlərə qısa vaxt ərzində kimyanın orta məktəb tədris materialını yığcam, tam və sistemli şəkildə çatdırmaqdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012 – ci ildə verilən qəbul proqramı üzrə tərtib edilmiş bu vəsait qüvvədə olan ümumtəhsil məktəblərinin kimya proqramını tam əhatə edir.

Vəsait üç hissədən – " Ümumi", "Qeyri-üzvi" və "Üzvi" kimya hissələrindən ibarətdir. Vəsaitin "Ümumi kimya" hissəsində kimyanın əsas anlayış və qanunları müasir tələblərə uyğun səviyyədə izah edilmişdir. "Qeyri-üzvi" və "Üzvi kimya" hisssələrində tədris materialının müəyyən ardıcıllıqla verilməsi öyrənilən maddələr haqqında ətraflı nəzəri məlumat almağa və materialı asan mənimsəməyə imkan verir.

Bu kitab ali məktəbə daxil olmaq istəyən şagird və abituriyentlər, həmçinin orta  məktəb və orta ixtisas məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuşdu

 

4. “ FİZİKA ” Birinci hissə, (Mexanika və Molekulyar fizika), Nəzəri məlumatlar, test tapşırıqları və açıq suallar (Abituriyent və müəllimlər üçün metodiki vəsait)

Bu “FİZİKA” kitabı Bakı Dövlət Universiteti, Nəzəri fizika kafedrasının professoru Abdullayev Sərhəddin Qubaddin oğlu tərəfindən yazılmışdır. Kitab yazılarkən Tələbə Qəbulu üzrə Dövlət Komisiyyası tərərfindən təqdim olunmuş ali təhsil müəssisələrinə qəbul imtahanı proqramı əsas götürülmüşdür.

Bu kitab konspekt xarakterli deyil, əksinə burada hər bir mövzu fiziki hadisələrin səbəb və nəticə əlaqələri nəzərə almaqla geniş və sadə dildə şərh edilmişdir. Kitabın ən dəyərli cəhətlərindən biri odur ki, burada hər bir mövzunun axırında test tapşırıqlarının həlli nümunələri verilmişdir. Bu, Sizlərdə fiziki hadisləri dərindən təhlil etmək və nəticə çıxartmaq vərdişləri aşılayacaqdır. Həmin tapşırıqlar ali təhsil müəssisələrinə qəbul imtahanlarında təklif olunan müasir test tapşırıqlarının ruhundadır və burada açıq suallara xüsusi diqqət ayrılmışdır.

Təklif olunmuş test tapşırıqlarında oxucunu düşünməyə vadar edən dərin fikir var, konspekt xarakterli mənbələrdən düsturu əzbərləməklə tapşırıqlara cavab tapmaq mümkün deyildir. Yalnız fiziki hadisənin mahiyyətini başa düşən abituriyent tapşırıqlara düzgün cavab tapa bilər. Bunun üçün hər şeydən əvvəl, nəzəri məlumatları dərindən mənimsəmək lazımdır. Sizi əmin edirik ki, bu işdə əlinizdəki həmin kitab çox dəyərli bir mənbədir, yalnız ondan səmərəli şəkildə qidalanmaq lazımdır.

“FİZİKA” kitabının birinci hissəsində “Mexanika” və “Molekulyar fizika” bölmələri üzrə mövzuların şərhi və test tapşırıqları nümunələri (cəmi 840 tapşırıq) cəmlənmişdir. Hər bir fəsil üzrə burada materialları mənimsədikdən sonra S.Abdullayev tərəfindən yazılmış “Fizikadan test bankı” kitabında verilmiş tapşırıqların həllinə başlamaq olar. Bu iki kitab bir-birini tamamalayır və ali təhsil müəssisələrinə qəbul imtahanlarında Sizlərə uğur qazandıra bilər.

5. Химия. (Пособие для абитуриентов и учащихся средних школ)

В пособии в краткой форме изложен основной материал учебников химии средней школы. Пособие предназначено для абитуриентов и учащихся желающих за короткое время повторить учебный материал химии средней школы.Книга составлена в соответствии с программой вступительных экзаменов и полностью отражает разделы общей, неорганической и органической химии. В каждом параграфе учебный материал систематизирован и излагается в ясной, доступной для учащихся форме.

Рецензенты:

кафедра методики и преподавания химии Бакинского

государственного университета

(зав. кафедрой канд. хим. наук, доцент Е.Т.Азизов)

канд. хим. наук, доцент Б.А. Набиев

Лятифов Ильтифат Уршан оглы

Оруджева Айнура Бахаддин гызы

Зейналова Хатира Солтан гызы

 

6. More Than IELTS

More than IELTS has been designed as a course book for full-length IELTS preparation course. It is equally appropriate as a self-study book for students wishing to acquire or improve their IELTS skills. The book is mostly appropriate

for learners seeking to enter an English-speaking university, college or school, because it focuses on Academic Module of IELTS. The book is targeted at students with at least Intermediate level of English. The main part of the book is divided into 5 parts: IELTS Overview, Listening,

Reading, Writing and Speaking to provide necessary information about IELTS and reflect the format of the test.

In IELTS Overview section, there is given detailed information on structure, duration of the exam, registration for the exam, score conversion and comparison of IELTS with TOEFL.

Listening & Reading sections consist of overview of respective test, tips for it, and focus on all major question types together with abundant practice materials.

Writing section can be actually divided into 2 parts: 1st part consists of overview of Writing test, tips for it, and focus on all kinds of diagrams separately with appropriate practice. 2nd part consists of step-by-step explanation of Task 2 together with guided practice.

Speaking section consists of overview of the test, tips for it, and focus on 3 Parts of Speaking test separately. Additionally, it provides useful language tools and numerous Speaking questions for practice.

An Answer key is provided in Appendices section of the book for Listening and Reading practice materials together with sample essays for the topics given in Writing section.


Test bankları:

1. Azərbaycan dilindən test bankı (Abituriyent və müəllimlər üçün)

 

Əziz abituriyentlər! Hörmətli müəllimlər və valideynlər!

     Kaspi Təhsil Şirkəti tərəfindən nəşr olunan Azərbaycan dilindən test toplusu kitabı şirkətin Azərbaycan dili kafedrasının müəllimləri  Z.F.Fərhadov və  C.B.Zöhrabov tərəfindən hazırlanmışdır. Lakin bəzi mövzularda kafedranın digər müəllimləri (Zəminə Quliyeva, Rəşad Əzizov, İlkiyyə Məmmədova,  Xatirə Mirzəyeva, Afərim Seyidova) tərəfindən tərtib olunmuş test tapşırıqlarından da istifadə olunmuşdur. Test tapşırıqları tərtib olunarkən ümumtəhsil məktəblərində qüvvədə olan müvafiq dərslik və proqramlar, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təqdim olumuş ali təhsil müəssisələrinə qəbul imtahanı proqramı əsas götürülmüşdür.

     Müəllimlər, abituriyentlər və şagirdlər üçün nəzərdə tutulan bu nəşrdə 3600-dən yuxarı test tapşırığı var. Test tapşırıqları, əsasən, qapalı, açıq və mətn testləri tipində olmaqla üç formada tərtib olunmuşdur. Vəsaitdə havizəyə əsaslanan test tapşırıqları ilə yanaşı çoxlu sayda məntiqi təfəkküru yoxlayan və inkişaf etdirən, eləcə də mövzulararası əlaqələri ümumiləşdirmə bacarığını aşılayan çoxsaylı test nümunələri var. Topluda öyrədici xüsusiyyətlər daşıyan test tapşırıqları da kifayət qədərdir.

      Test tapşırıqları hazırlanarkən bütün ixtisas qruplarındakı müvafiq fənn abituriyentləri nəzərə alınmışdır. Məhz bugünkü tələblərə uyğun olaraq, hər 25 test tapşırığının sonuncu 4 və ya 5-i açıq tipli test tapşırığı formasında tərtib olumuşdur ki, bu da abituriyent və şagirdlərə eyni zamanda özlərini həm qapalı, həm də açıq tipli test tapşırıqları ilə sınamağa əlverişli şərait yaradır. Tapşırıqlar tərtib olunarkən, mövzular üzrə ardıcıllıq gözlənilməklə yanaşı, əvvəlki mövzunu sonrakı mövzu ilə əlaqələndirən və bununla da öncə tədris olunan mövzuların əsas xüsusiyyətlərinin unudulmasının qarşısını alan tapşırıqların da əks olunmasına xüsusi diqqət yetirilmişdir. Məhz vurğulanan xüsusiyyətlər bu test toplusunu digər toplulardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir.

     Aydındır ki, test tapşırığı biliyi qiymətləndirməyin müasir vasitələrindən birdir. İnanırıq ki, ali məktəbə hazırlaşan hər bir şəxs üçün bu test toplusu həm öz biliyini inkişaf etdirmək , həm də onu yoxlamaq yolunda gərəkli və faydalı bir rol oynayacaqdır.

     Test toplusu haqqında irad, təklif və rəylərini bildirən oxuculara əvvəlcədən öz təşəkkürümüzü bildiririk  (Əlaqə: *7878)

2. İngilis dili. I hissə. Tapşırıqlar. Test bankı. (Abituriyentlər, müəllimlər və ingilis dilini öyrənənlər üçün vəsait)

.Əziz abituriyentlər! Hörmətli müəllimlər və valideynlər!

Sizə Kaspi Təhsil Şirkətinin növbəti test bankı təqdim olunur. Bu “İngilis dili” fənni üzrə test toplusudur. Qeyd edək ki, Kaspi Təhsil Şirkətinin Abituriyent hazırlığını bu illər ərzində yüzlərlə abituriyent bitirərək, yüksək ballarla arzuladıqları ali məktəblərə qəbul olmuşlar. Uğurumuzun əsas səbəblərindən biri kimi onu göstərə bilərik ki, Kaspi Təhsil Mərkəzilərində proqramların tədrisi prosesində ən maraqlı və özünü doğruldan layihələrə üstünlük verilir. Belə ki, Kaspi Təhsil Şirkətinin rəhbərliyi mərkəzin müəllimləri ilə yanaşı, Respublikamızın dərslik sahəsində böyük təcrübəyə malik olan alimləri ilə birlikdə, abituriyentlərin səmərəli hazırlığını təmin etmək məqsədilə müxtəlif fənlər üzrə dərs vəsaitləri, test bankları çap edərək ictimaiyyətin istifadəsinə vermişdir.

“İngilis dili. Test bankı. I hissə. Qrammatika” adlı bu test bankı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ingilis dili ilə bağlı çap etdiyi proqramı tam əhatə edir. Vəsaitin yazılması zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdiyi dərsliklərdə olan qrammatik və leksik metariallara istinad edilmişdir. Test bankı hazırlanarkən dərsliklərdə, tədris və qəbul proqramlarındakı bütün yenilik və dəyişiklilər nəzərə alınmışdır. Test bankındakı test tapşırıq nümunələri qəbul proqramına daxil edilmiş mövzular üzrə öz əksini tapmış və müxtəlif tipli test nümunələri cəmlənmişdir. Burada İngilis dilinin qrammatikası mövzuları – Morfologiya və Sintaksis bölmələri üzrə çoxsaylı test nümunələri toplanmışdır. Test bankında mövzular üzrə - “The Noun” 220 test, “The Quantifiers” 100 test, “The Articles” 130 test, “The Numeral” 45 test, “The Pronouns” 300 test, “The Adjectives” 100 test, “The Adverbs” 234 test, “The Prepositions” 155 test, “The Tense forms: The Sequence of Tenses” 458 test, “There is... / It is...” 58 test, “The Modal Verbs” 190 test, “The Passive Voice” 195 test, “The Types of Simple sentences” 240 test, “The Particles” 70 test, “The Non-finite forms of the verb” 85 test, “The Complex Object” 100 test, “The Conjunctions” 110 test, “The Composite Sentences” 80 test, “The Subject-Predicate Agrreement” 80 test olmaqla, ümumilkdə 3000-ə yaxın test nümunəsi vardır. Hər bir qrammatik mövzu üzrə test nümunələri tədris olunan materialın mahiyyətini tam şəkildə əvvəldən axıra qədər,  sadə test nümunələrindən başlayaraq mürəkkəb test nümumələrinədək ardıcıllıqla əhatə edir və abituriyentin öyrəndiyi materialın bütün məqamlarını özündə ehtiva edir.

Bu testlərin həll edilməsi abituriyentlərə test həlli vərdiş və bacarıqlarını aşılayacaq və onlara imtahanlarda uğur qazanmaq üçün faydalı olacaqdır. Abituriyentlər test bankı vasitəsilə öz biliklərini yoxlamaq imkanını əldə edir və eləcə də test bankından istifadə etməklə müəllimlər şagirdlərinin, valideynlər övladlarının bilik səviyyəsilə bağlı səhih məlumat ala biləcəklər. Test bankı təkcə abituriyentlərin qəbul imtahanlarına hazırlığı prosesində deyil, həm də orta məktəb şagirdlərinin buraxılış imtahanlarına hazırlığı prosesində olduqca faydalı mənbə olacaqdır. Hər bir ingilis dili müəllimi test bankından öz peşə hazırlığını inkişaf etdirmək üçün də istifadə edə bilər. Bundan əlavə, ingilis dili müəllimləri və metodistlər test bankından faydalanaraq yeni test nümunələri tərtib edə bilərlər. Əminliklə deyə bilərrik ki, test bankı ölkəmizdə testologiyanın inkişafında mühüm vəsaitlərindən biri olacaqdır.

Qeyd etdiyimiz kimi test bankı biliyin qiymətləndirilməsi vasitələrindən biridir. Ona görə də bizim sizə tövsiyəmiz odur ki, test bankındakı testləri həll etməmişdən əvvəl mövzu üzrə dərrsliklərdəki materialları tam şəkildə mənimsəyin, əvvəlcə biliyi əldə edin. Bunun ardınca test bankı vasitəsilə həmin biliyi daha da möhkəmləndirin. Bu yolda hamıya uğurlar diləyirik!

Bu hələ son deyil! Tezliklə test bankının II hissəsi – “İngilis dili. Test bankı. II hissə. Lüğət” adlı hissəsi işıq üzü görəcəkdir. Burada sizlərə ingilis dilinin lüğət bazasının yoxlanılması və möhkəmlədirilməsi üzrə zəngin test toplusu təqdim olunacaqdır. Bununla abituriyentlər ingilis dilini həm nəzəri, həm də praktik şəkildə öyrənmək imkanı əldə edəcəklər. Başqa sözlə desək, bizim məqsədimiz şagirdlərdə ingilis dili və bu dildə ünsiyyət sahəsində bilik və bacarıqları formalaşdırmaq, ingilis dili təliminin həyatla əlaqəsinin möhkəmləndirmək, yəni ingilis dili sahəsində qazanılmış bilik və bacarıqları nizamlayıb nitq vərdişinə çevirməkdir.

Sonda bir daha  nəzərinizə çatdırmaq istəyirik ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ingilis dili ilə bağlı çap etdiyi proqramı,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdiyi dərsliklərin materialları və Kaspi Təhsil Şirkətinin müəllimlərinin uzun illər ərzində əldə etdiyi zəngin təcrübə əsasında ərsəyə gəlmiş nəşrlərimizin əhatəli, məqsədəuyğun, daha gərəkli olacağına ümid edirik və bizim nəşrlərdən faydalanan, bizə etimad göstərən hər kəsə əvvəlcədən öz təşəkkürümüzü bildiririk!

3. Azərbaycan tarixi. (Abituriyent və müəllimlər üçün)

Bu test bankı ali məktəblərə hazırlaşan II və III qrup abuturiyentləri və müəllimlər üçün nəzərdə tutulmuş və TQDK – nın qəbul proqramına uyğun olaraq, orta məktəb dərsliklərinə əsasən hazırlanmışdır.

Müəllifin heç bir subyektiv fikrinə yer verilməmişdir.

Test bankında Azərbaycan tarixi şərti olaraq 25 dövrə bölünmüş və testlər bu dövrləşmə nəzərə alınaraq tərtib edilmişdir. Bu da abuturiyentlərə imkan verir ki, hər bir dövrə ayrıca nəzər salsın və bu dövrə aid proqramı tam mənimsəsin.

Bankın sonunda bütün kursu əhatə edən 12 sınaq imtahanı vasitəs ilə ali məktəblərə qəbul imtahanına hansı səviyyədə hazır olduğunuzu yoxlaya bilərsiniz.

4. Tarixdən test bankı (Orta məktəb şagirdləri və abituriyentlər üçün)

Əziz abituriyentlər! Hörmətli müəllimlər və valideynlər!

Sizə Kaspi Təhsil Şirkətinin növbəti test bankı təqdim olunur. Bu “Tarix” fənni üzrə test toplusudur. Qeyd edək ki, Kaspi Təhsil Şirkətinin Abituriyent hazırlığını bu illər ərzində yüzlərlə abituriyent bitirərək, yüksək ballarla arzuladıqları ali məktəblərə qəbul olmuşlar. Uğurumuzun əsas səbəblərindən biri kimi onu göstərə bilərik ki, Kaspi Təhsil Mərkəzilərində proqramların tədrisi prosesində ən maraqlı və özünü doğruldan layihələrə üstünlük verilir. Belə ki, Kaspi Təhsil Şirkətinin rəhbərliyi mərkəzin müəllimləri ilə yanaşı, Respublikamızın dərslik sahəsində böyük təcrübəyə malik olan alimləri ilə birlikdə, abituriyentlərin səmərəli hazırlığını təmin etmək məqsədilə müxtəlif fənlər üzrə dərs vəsaitləri, test bankları çap edərək ictimaiyyətin istifadəsinə vermişdir.

“Tarix. Test bankı. I hissə. VI, VII və VIII siniflər” adlı bu test bankı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) tarix fənni ilə bağlı çap etdiyi proqramı tam əhatə edir. Vəsaitin yazılması zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdiyi dərsliklərdə olan metariallara istinad edilmişdir. Test bankı hazırlanarkən dərsliklərdə, tədris və qəbul proqramlarındakı bütün yenilik və dəyişiklilər nəzərə alınmışdır. Test bankındakı test tapşırıq nümunələri qəbul proqramına daxil edilmiş mövzular üzrə öz əksini tapmış və müxtəlif tipli test nümunələri cəmlənmişdir. Burada ümumtəhsil məktəblərinin VI sinif “Qədim dünya tarixi”, VII və VIII siniflər “Orta əsrlər tarixi” dərsliklərində öz əksini tapmış mövzular üzrə çoxsaylı test nümunələri toplanmışdır. Test bankında mövzular üzrə - “Qədim dünya tarixi” VI sinif (Qədim Şərq sivilizasiyası: Qədim Misir, Qədim Şumer, Qədim hunlar, Qədim Çin, Qədim Hindistan; Qədim Qərb sivilizasiyası: Qədim Yunanıstan və Qədim Roma) 400 test, “Orta əsrlər tarixi” VII sinif (Çin, Ağ hun imperatorluğu, Qərbi Hun imperatorluğu, Göytürk imperatorluğu, Uyğur dövləti, Xəzər xaqanlığı, Qaraxanlı dövləti, Qəznəvilər dövləti, Ərəblər, Avropa, Bizans, Slavyanlar) 600 test, “Orta əsrlər tarixi” VIII sinif (Böyük Səlcuq imperatorluğu, Dehli sultanlığı, Böyük Monqol imperatorluğu, Qızıl Ordu, Osmanlı imperatorluğu, Teymur imperatorluğu, Böyük Moğol imperatorluğu, Çin; Xaç yürüşləri, Fransa, İngiltərə, İspaniya, Almaniya, Reformasiya hərəkatı, Niderland, Şərqi Avropa xalqları) 680 test olmaqla, ümumilikdə 1700-ə yaxın test nümunəsi vardır. Hər bir mövzu üzrə test nümunələri tədris olunan materialın mahiyyətini tam şəkildə əvvəldən axıra qədər,  sadə test nümunələrindən başlayaraq mürəkkəb test nümumələrinədək ardıcıllıqla əhatə edir və abituriyentin öyrəndiyi materialın bütün məqamlarını özündə ehtiva edir.

Bu testlərin həll edilməsi abituriyentlərə test həlli vərdiş və bacarıqlarını aşılayacaq və onlara imtahanlarda uğur qazanmaq üçün faydalı olacaqdır. Abituriyentlər test bankı vasitəsilə öz biliklərini yoxlamaq imkanını əldə edir və eləcə də test bankından istifadə etməklə müəllimlər şagirdlərinin, valideynlər övladlarının bilik səviyyəsilə bağlı səhih məlumat ala biləcəklər. Hər bir tarix müəllimi test bankından öz peşə hazırlığını inkişaf etdirmək üçün də istifadə edə bilər. Bundan əlavə, tarix müəllimləri və metodistlər test bankından faydalanaraq yeni test nümunələri tərtib edə bilərlər. Əminliklə deyə bilərik ki, test bankı ölkəmizdə testologiyanın inkişafında mühüm vəsaitlərindən biri olacaqdır.

Qeyd etdiyimiz kimi test bankı biliyin qiymətləndirilməsi vasitələrindən biridir. Ona görə də bizim sizə tövsiyəmiz odur ki, test bankındakı testləri həll etməmişdən əvvəl mövzu üzrə dərsliklərdəki materialları tam şəkildə mənimsəyin, əvvəlcə nəzəri biliyi əldə edin. Bunun ardınca test bankı vasitəsilə həmin biliyi daha da möhkəmləndirin. Bu yolda sizə uğurlar diləyirik!

Bu hələ son deyil! Tezliklə test bankının II hissəsi – “Tarix. Test bankı. II hissə. IX, X və XI siniflər” adlı hissəsi işıq üzü görəcəkdir. Burada sizlərə ümumtəhsil məktəblərinin IX və X siniflərinin“Yeni tarix” və XI sinif “Ən yeni tarix” dərslikləri üzrə zəngin test toplusu təqdim olunacaqdır.

Sonda bir daha  nəzərinizə çatdırmaq istəyirik ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) tarix fənni ilə bağlı çap etdiyi proqramı,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdiyi dərsliklərin materialları və Kaspi Təhsil Şirkətinin müəllimlərinin uzun illər ərzində əldə etdiyi zəngin təcrübə əsasında ərsəyə gəlmiş nəşrlərimizin əhatəli, məqsədəuyğun, daha gərəkli olacağına ümid edirik və bizim nəşrlərdən faydalanan, bizə etimad göstərən hər kəsə əvvəlcədən öz təşəkkürümüzü bildiririk!

5. Fizikadan test bankı (Abituriyentlər və müəllimlər üçün test bankı)

Kaspi Təhsil mərkəzi tərəfindən sizlərə təqdim olunan “Fizikadan Test bankı” kitabı Bakı Dövlət Universiteti, Nəzəri fizika kafedrasının professoru Abdullayev Sərhəddin Qubaddin oğlu tərəfindən yazılmışdır. Bu test bankı abituriyentlərdə müsəqil fikirləşmək və fiziki hadisələri dərindən təhlil edərək, nəticə çıxartmaq vərdişlərini yaratmaq məqsədlə yazılmışdır.

“Test bankına” fizikanın 25 bölməsi üzrə 3000 test tapşırığı daxil edilmişdir. Tapşırıqlar Respublikamızın ali məktəblərinə qəbul imtahanı proqramını tam əhatə etməklə yanaşı, müasir orta məktəblərin fizika dərsliklərindəki mövzulardan kənara çıxmır.

“Test bankının” ən üstün cəhətlərindən biri test tapşırıqlarının müasir qəbul imtahanlarında təklif olunan test tapşırıqlarının ruhunda olması, tapşırıqların mövzular üzrə sadədən mürəkkəbə doğru qruplaşdırılması və ən mühümü də sonda açıq test tapşırıqlarının verilməsidir.

Buradakı tapşırıqlarda dərin fizika var, oxucunu düşünməyə vadar edir, düsturu əzbərləməklə tapşırığa cavab vermək mümkün deyil, fiziki hadisənin əsil mahiyyətini başa düşən abituriyent tapşırığa düzgün cavab verə bilər.

6. Riyaziyyat test bankı ( Abituriyentlər və müəllimlər üçün vəsait)

 “Kaspi” təhsil mərkəzi tərəfindən təqdim olunan “Riyaziyyat test bankı” kitabı mərkəzin riyaziyyat kafedrasının müəllimi F. A. İsayev tərəfindən hazırlanmışdır. Qeyd edək ki, bəzi mövzularda kafedranın müəllimləri(S. Abdurahimov, A. Qəribov, E. Hüseynov) tərəfindən təklif olunan testlərdən də istifadə olunmuşdur. Kitab yazılarkən Tələbə Qəbulu üzrə Dövlət Komisiyyası tərərfindən təqdim olunmuş ali təhsil müəssisələrinə qəbul imtahanı proqramı əsas götürülmüşdür.

Müəllimlər, şagirdlər və qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş bu kitabda 3000 -ə yaxın test tapşırıqları verilib. Kitabdakı testlərin tərtibində mövzuların ardıcıllığı gözlənilmişdir. Vəsait məntiqi mühakimə və düşünmə tələb edən testlərin, açıq tipli test tapşırıqlarının və uyğunluq testlərinin çoxluğu ilə digər vəsaitlərdən fərqlənir, həmçinin son dövrlərdə qəbul və sınaq imtahanlarında rast gəlinən test nümunələri formaları öz əksini tapmışdır.

Vəsait cəbr və həndəsə kursu olaraq 31 mövzudan ibarətdir. Şagird və abituriyentlərin nəzərinə çatdıraq ki, tapşırıqların həllinə müvafiq nəzəri materialın öyrənilməsindən sonra başlanılmalıdır.

Sizi əmin edirik ki, əlinizdəki bu kitab çox dəyərli bir mənbədir, yalnız ondan səmərəli şəkildə faydalanmaq lazımdır.

Test bankı haqqında öz təklif və rəylərini bildirən oxuculara (əlaqə üçün tel: (*7878) əvvəlcədən öz minnətdarlığımızı bildiririk.

7. Abituriyent və orta məktəb şagirdləri üçün Kimyadan test tapşırıqları

Təqdim olunan test toplusu şagird və abituriyentlərə vahid test toplusundan istifadə edərək buraxılış və qəbul imtahanlarına tam və uğurla hazırlaşmağa kömək etmək məqsədilə yazılmışdır. Test toplusu ali məktəblərə qəbul imtahanı proqramı və orta məktəb dərsliklərinin tədris materialları əsasında tərtib olunmuş, həmçinin son 10-15 ildə qəbul və sınaq imtahanlarında rast gəlinən, lakin dərsliklərdə tam əksini tapmayan yeni tip hesablama, nəzəri və qrafik tapşırıqlarını da əhatə edir. Eyni zamanda kimya fənni üzrə respublikamızda mövcud olan test topluları da araşdırılaraq onların müsbət cəhətləri bu topluda öz əksini tapmışdır.

Test tapşırıqları haqqında:

1. Topluda tapşırıqlar mövzular üzrə verilir.

2. Hər bir bölmədə tapşırıqlar tədris materialı üzrə ardıcıl

şəkildə verilir.

3. Test tapşırıqlarının A variantı baxılan mövzunu sadə

tapşırıqlar şəklində tam əhatə edir. Tapşırıqların B variantında isə bir qədər düşündürücü suallar verilmişdir. Başqa sözlə A variantı I qrup ixtisasları, A və B variantları IV qrup ixtisasları üçün nəzərdə tutulmuşdur.

4. Hər bir bölmənin A variantının sonunda açıq test

tapşırıqları verilir.

5. Tapşırıqların cavabları toplunun sonunda verilmişdir.

Vəsait orta məktəb şagirdləri və abituriyentlər, həmçinin orta məktəb müəllimləri üçün nəzərdə tutulmuşdur.

8. Kimya 540 Məsələ həlli (Orta məktəb şagirdləri və abituriyentlər üçün)

Bu kitabın məqsədi şagirdlərə əsas anlayış, qanun və nəzəriyyələrini əks etdirən məsələlərin həlli yollarını öyrətmək və bununla da bu nəzəri biliklərin dərindən dərk edilməsinə kömək etməkdir.

Kitabda müvafiq mövzular üzrə sistemləşdirilmiş 540 məsələ və tapşırıq həlli ilə birlikdə verilmişdir. Bunların əksəriyyəti orta məktəb proqramında nəzərdə tutulan tipik məsələləri əhatə edir.Eyni zamanda son illərdə (2003 – 2011) sınaq və qəbul imtahanlarına, həmçinin test tapşırığı nümunələrinə orta məktəb dərsliklərində əks olunmayan yeni və nisbətən mürəkkəb məsələ tiplərinin daxil edildiyini nəzərə alaraq, kitabda bu məsələ növlərinin həlli yolları da araşdırılmışdır. Bu araşdırmalar yuxarıda göstərilən vəsaitlərdə verilən tapşırıqların mürəkkəblik dərəcəsinə uyğun misallar üzərində aparılmışdır. Sınaq və qəbul imtahanlarında, həmçinin test tapşırığı nümunələrində verilən tapşırıqlarla vəsaitdəki tapşırıqlar arasında əlaqə yaratmaq məqsədilə kitabın sonunda (səh. 107) göstərici verilmişdir.

Bu kitab orta məktəb şagirdləri və abuturiyentlər, həmçinin orta və orta ixtisas məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuşdur.
 

9. Coğrafiyadan test bankı (Orta məktəb şagirdləri və abituriyentlər üçün) 


 

 

Əziz abituriyentlər! Hörmətli müəllimlər və valideynlər!

Sizə Kaspi Təhsil Şirkətinin növbəti test bankı təqdim olunur. Bu “Coğrafiya” fənni üzrə test toplusudur. Qeyd edək ki, Kaspi Təhsil Şirkətinin Abituriyent hazırlığını bu illər ərzində yüzlərlə abituriyent bitirərək, yüksək ballarla arzuladıqları ali məktəblərə qəbul olmuşlar. Uğurumuzun əsas səbəblərindən biri kimi onu göstərə bilərik ki, Kaspi Təhsil Mərkəzilərində proqramların tədrisi prosesində ən maraqlı və özünü doğruldan layihələrə üstünlük verilir. Belə ki, Kaspi Təhsil Şirkətinin rəhbərliyi mərkəzin müəllimləri ilə yanaşı, Respublikamızın dərslik sahəsində böyük təcrübəyə malik olan alimləri ilə birlikdə, abituriyentlərin səmərəli hazırlığını təmin etmək məqsədilə müxtəlif fənlər üzrə dərs vəsaitləri, test bankları çap edərək ictimaiyyətin istifadəsinə vermişdir.

          “Coğrafiya test bankı” adlı test vəsaiti universitetlərə hazırlaşan abituriyentlər üçün nəzərdə tutulmuş və TQDK-nın coğrafiya fənni üzrə proqramı əsasında hazırlanmışdır. Test bankı hazırlanarkən orta məktəblər üçün olan dərsliklərdən, atlaslardan və TQDK-nın çap etdiyi Coğrafiya kitabından mənbə olaraq istifadə olunmuşdur. TQDK-nın hər tədris  ilində keçirdiyi sınaq imtahanları və qəbul imatahanlarındakı olan sualların səviyyəsi nəzərə alınmış və onlara istinad olunmuşdır. Test bankındakı test tapşırıq nümunələrində  abituriyentlərin daha çox çətinlik çəkdiyi xəritə-sxem, qrafik və məntiqi testlərə üstünlük verilmişdir ki, bu da abituriyentlərdə bu tipli test tapşırıqlarını işləmək vərdişi formalaşdıracaq. Burada hər bölməyə aid məsələlər ayrıca bölmə kimi verilmişdir. Test bankında suallar hazırlanarkən asan, orta və çətin olaraq təsnifatlandırılmış və hər bölmədə olan testlər qruplaşdırılaraq asandan çətinə doğru verilmişdir ki, bununla da abituriyent öz bilik səviyyəsini aydınlaşdıra bilər. Asan testlər sadə suallardan ibarət olduğu halda, orta və çətin testlərdə  məntiqi, qrafik və xəritə-sxem tipli  testlər üstünlük təşkil edir.

Bu testlərin həll edilməsi abituriyentlərə test həllində vərdiş və bacarıqlarını aşılayacaq və onlara imtahanlarda uğur qazanmaq üçün faydalı olacaqdır. Abituriyentlər test bankı vasitəsilə öz biliklərini yoxlamaq imkanını əldə edir və eləcə də test bankından istifadə etməklə müəllimlər şagirdlərinin, valideynlər övladlarının bilik səviyyəsilə bağlı səhih məlumat ala biləcəklər. Test bankı təkcə abituriyentlərin qəbul imtahanlarına hazırlığı prosesində deyil, həm də orta məktəb şagirdlərinin öz biliklərinin möhkəmləndirilməsində faydalı mənbə olacaqdır. Hər bir coğrafiya müəllimi test bankından öz peşə hazırlığını inkişaf etdirmək üçün də istifadə edə bilər. Bundan əlavə, coğrafiya müəllimləri və metodistlər test bankından faydalanaraq yeni test nümunələri tərtib edə bilərlər.

Qeyd etdiyimiz kimi test bankı biliyin qiymətləndirilməsi vasitələrindən biridir. Ona görə də bizim sizə tövsiyəmiz odur ki, test bankındakı testləri həll etməmişdən əvvəl mövzu üzrə dərsliklərdəki materialları tam şəkil mənimsəyin, biliyi əvvəlcə əldə edin. Bunun ardınca test bankı vasitəsilə həmin biliyi daha da möhkəmləndirin. Bu yolda hamıya uğurlar diləyirik!

Sonda bir daha  nəzərinizə çatdırmaq istəyirik ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) coğrafiya ilə bağlı çap etdiyi proqramı,  Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta məktəblər üçün çap etdiyi dərsliklərin materialları və Kaspi Təhsil Şirkətinin müəllimlərinin uzun illər ərzində əldə etdiyi zəngin təcrübə əsasında ərsəyə gəlmiş nəşrlərimizin əhatəli, məqsədəuyğun, daha gərəkli olacağına ümid edirik və bizim nəşrlərdən faydalanan, bizə etimad göstərən hər kəsə əvvəlcədən öz təşəkkürümüzü bildiririk!