Pre-master

Pre-master proqramı nədir?

Pre-master proqramı magistratura pilləsinə hazırlıq mərhələsidir. Proqram bakalavr dərəcəsindən sonra ali təhsili xaricdə davam etdirmək üçün sizi həmin ölkənin təhsil sisteminə hazırlayır və  ən əsası akademik  ingilis dili biliyinizi təkmilləşdirir. Üstünlüklərindən biri də beynəlxalq ingilis dili göstəricisi (TOEFL/İELTS) magistratura pilləsinə qəbul üçün kifayət etmədikdə,  bu proqramı keçməklə öncədən seçmiş olduğunuz universitet və ixtisas üzrə magistraturaya qəbul üçün imkan yaratmasıdır. Bir il tədris müddətində tələbə həmçinin tezislərin hazırlanması, ixtisası üzrə araşdırmaların aparılması, layihələrlə iş və digər bacarıqlarını da inkişaf etdirmiş olur. Pre-master, ortalama 60-70% nəticə ilə tələbəyə istiqaməti üzrə universitet və fakültəyə qəbul üçün zəmanət verir.

Pre-master proqramına kimlər müraciət edə bilərlər?

Proqrama tam bakalavr təhsili almış tələbələr müraciət edə bilərlər. Əgər magistraturanı xaricdə oxumaq istəyir və buna beynəlxalq ingilis dili göstəriciləriniz kifayət etmirsə o zaman pre-master proqramını keçməyiniz mütləqdir.

Müraciət qaydaları:  Proqrama ildə iki dəfə:  noyabr və iyul aylarından başlayaraq  müraciət  etmək mümkündür.

Müraciət üçün sənədlər:

  • Ali təhsil haqqında Diplom
  • Motivation Letter
  • Tövsiyyə məktubu (Reference)
  • İELTS  5.0
  • Qiymət ortalaması (GPA) 2.5 – 3.0

Pre-master proqramını hansı ixtisaslar üzrə keçmək mümkündür?

Proqram konkret olaraq elmi istiqamətlər üzrə bölünür və demək olar ki magistratura təhsili almaq istədiyiniz bütün ixtisasları əhatə edir. Hansı universitetdə təhsil almaq istəyirsinizsə elə o universitetin özündə də seçdiyiniz ixtisas üzrə pre-master proqramını keçmək mümkündür.

Siyahıda göstərilən universitetlərində Pre-master proqramını keçə bilərsiniz

  • University of Exeter
  • Newcastle University
  • Bournemouth University
  • University of Glasgow
  • University of  Manchester
  • University of Liverpool
  • University of Bristol
  • City University of London
  • University of Sheffield
  • University of East Anglia
  • Univcersity of Brighton
  • Quenn`s University Belfast
  •  Nottingham Trent University
  • Manchester Metropolitan University
  • University of WestMinister
  • Glasgow Caledonian University
  • City University of London
  • Cramfield University
  • Kingston University
  • Queen Marry University of London
  • Lancaster University
  • University of Leicester
  • University of Lincoln
  • University of Sussex
  • University of Essex
  • Royal Holloway University
  • Herriot-Watt University
  • Birkbeck University of London
  • Goldsmiths University of London
  • Royal Holloway University of London
  • Royal Veterinary College University of London
  • Robert Gordon University
  • Edinburg Napier University
  • Hertfordshire University
  • Oregan State University
  • University of South Florida
  • Colorado State University
  • Gilon Institute of Higher Education
  • Le Rosh International School of Hotel Management
  • IMI University Center
  • European University
  • Vistula University
  • Sabanci University
  • Istanbul Kultur University