İmtahanlar

"Kaspi" Təhsil Mərkəzlərində keçirilən Mövzu Sınaq İmtahanları və Ümumi Sınaq İmtahanlarında daxili tələbələrlə yanaşı kənardan gələn tələbələr də öz bilik və bacarıqlarını yoxlaya bilərlər.Sınaq imtahanlarında iştirak etmək istəyən tələbələr Elmlər,Əhmədli, Nərimanov, Xətai, Mikrorayon, Masazır, Sumqayıt, Gəncə filiallarına və Kaspi Lənkəran, Kaspi Mingəçevir və Kaspi Abituriyent Yardımlı nümayəndəliklərinə müraciət edərək müvafiq qeydiyyatdan keçə bilərlər. "Kaspi" təhsil mərkəzinin tələbələri üçün Sınaq imtahanlarında iştirak etmək məcburi xarekter daşıyır. Daxili tələbələr üçün sınaqlar ödənişsizdir.