Foundation

Foundation proqramı nədir?

Foundation proqramı ali təhsilin bakalavr pilləsinə hazırlıq mərhələsidir.  Proqram 12 il məktəb təhsili göstəricisi tələb edən ölkələrdə orta təhsilin 12 - ci ilini əvəzləyir və bakalavra qəbul imkanı yaradır. Böyük Britaniya və Amerika kimi ölkələrdə ali təhsilə başlamaq üçün nəzərdə tutulan proqram eyni zamanda   bakalavr pilləsi üzrə təhsilə başlamanı da asanlaşdırır. Bir il tədris müddətini əhatə edən foundation proqramı akademik ingilis dili (english for academic purposes) və dərs metodologiyası (study skills) semesterlərinə bölünməklə tələbəni müvafiq istiqamətlər üzrə   ali təhsilə hazırlayır. Programı ortalama 60-70% göstərici ilə bitirən tələbə faktiki olaraq öncədən seçdiyi universitet və fakültə üzrə tələbə adını qazanır.

Foundation proqramına kimlər müraciət edə bilərlər?

Proqrama orta təhsili başa vurmuş şagirdlər və ya I kurs tələbələri müraciət edə bilərlər. Əgər ali təhsilə bakalavr pilləsi üzrə Böyük Britaniya və ya Amerikada başlamaq istəyirsinizsə onda mütləq Foundation programını keçməlisiniz.

Müraciət qaydaları: Proqrama ildə iki dəfə:  noyabr və iyul aylarından başlayaraq  müraciət  etmək  mümkündür

Müraciət üçün sənədlər:

  • Orta təhsil haqqında Attestat
  • Tövsiyyə məktubu (Reference)
  • İELTS  5.0
  • Qiymət ortalaması (GPA) 2.5 – 3.0

Foundation proqramını hansı ixtisaslar üzrə keçmək mümkündür?

Proqram bakalavr təhsili almaq istədiyiniz bütün ixtisasları əhatə edir. Hansı universitetdə təhsil almaq istəyirsinizsə elə o universitetin özündə də seçdiyiniz ixtisas üzrə foundation proqramını keçmək mümkündür.

Siyahıda göstərilən Böyük Britaniya Foundation proqramını keçə bilərsiniz

  • University of Exeter
  • Newcastle University
  • Bournemouth University
  • University of Glasgow
  • University of  Manchester
  • University of Liverpool
  • University of Bristol
  • City University of London
  • University of Sheffield