Diploma Proqram

Diploma proqram nədir?

Diploma proqramı yalnız beynəlxaq tələbələr üçün nəzərdə tutulan və Böyük Britaniya universitetlərində keçərli olan bir proqramdır. Proqram Böyük Britaniyada 3 illik bakalavr təhsilinə birbaşa 2-ci kursdan başlamaq imkanı yaradır. Belə ki Diploma proqram 1 il müddətini əhatə edir və proqrama II, III və IV kurs tələbələri müraciət edə bilərlər. Proqramın üstünlüyü ondadır ki, o sizi birbaşa akademik təhsilə hazırlayır və tamamilə ali təhsil öncəsi hazırlıq proqramlarından (pathway) fərqlənir. Digər üstünlüyü bakalavriat pilləsi 6.0 – 6.5 İELTS balı tələb etdiyi təqdirdə, proqramın sizə  5.5 İELTS nəticəsi ilə ali təhsilə başlamağa imkan yaratmasıdır.  1 ilin sonunda proqramı keçməklə həm də 1-ci kursu bitirmiş olursunuz ki, bu da vaxta və büdcəyə qənaət deməkdir. Nəticədə ortalama 60-70%  göstərici proqramı müvəffəqiyyətlə bitirmək deməkdir.

Diploma proqramına kimlər müraciət edə bilərlər?

Proqrama II, III və IV kurs tələbələri  müraciət edə bilərlər. 

Müraciət qaydaları:   Proqrama ildə iki dəfə - noyabr və iyul aylarından başlayaraq - müraciət  etmək mümkündür.

Müraciət üçün sənədlər:

⇒ Orta təhsil haqqında Attestat

⇒ Motivation Letter

⇒ Tövsiyə məktubu  (Reference)

⇒ IELTS  5.5

⇒ Qiymət ortalaması (GPA)  2.5 – 3.0

Diploma proqramını hansı ixtisaslar üzrə keçmək mümkündür?

Diploma proqram daha çox İqtisadiyyat, Maliyyə, Menecment, Mühəndislik, Kompüter elmləri kimi ixtisasları əhatə edir.

Siyahıda göstərilən kolleclərdə Diploma proqramı keçə bilərsiniz:

1. Kaplan İnternational College

2. İNTO

3. Cambridge Education Group

4. Navitas

5. Study Group

6. Bellerbys College