A-level proqramı

A-level  proqramı nədir?

A-level proqramı 11 illik orta təhsilin davamı olaraq 12 - 13 - cü orta təhsil ilinə bərabər, Böyük Britaniyanın top 5 - liyində olan universitetlərə hazırlıq proqramıdır. Bundan başqa bu proqram həm də Böyük Britaniya universitetlərində tibb təhsili almaq istəyən tələbələr üçün nəzərdə tutulub. A-level proqramı 2 il müddətinə tələbəni bakalavriat pilləsinə hazırlayır və ixtisasa müvafiq istiqamətlər üzrə fənləri tədris edir. Məhz A-level - i Foundation proqramından fərqləndirən cəhət odur ki, proqram tibb istiqaməti üzrə təhsil almaq istəyən və Oxford, Cambridge, İmperial College London, King`s College London və bu kimi 5 - likdə olan universitetlərdə bakalavr oxumaq istəyən tələbələrə aiddir. Həmçinin proqram akademik ingilis dilinin təkmilləşdirilməsi və bakalavra hazırlıqdan əlavə ixtisas üzrə fənlərin tədirsi ilə də seçilir. Proqram 2 ili əhat edir və nəticədə 80-90% göstərici ilə tələbə birbaşa yuxarıda qeyd olunan universitetlərə və ya Böyük Britaniyadakı digər universitetlərin tibb fakültəsinə qəbul imkanı qazanır.

A-level  proqramına kimlər müraciət edə bilərlər?

11 - ci sinfi bitirmiş və yaşı 16 - dan yuxarı olan tələbələr  proqrama müraciət edə bilərlər. A-level Böyük Britaniya təhsil sisteminə görə orta təhsilin davamı olaraq qiymətləndirilir.

Müraciət qaydaları:  Proqrama il boyu müraciət etmək mümkündür. Dərslər adətən semestrlərdən müvafiq olaraq  sentyabr, yanvar və aprel aylarından başlayır.

Müraciət üçün sənədlər:

⇒ Orta təhsil haqqında Attestat

⇒ IELTS  5.0

⇒ Qiymət ortalaması (GPA)  3.5 – 4.0

A-level  proqramını hansı ixtisaslar üzrə keçmək mümkündür?

Proqram daha çox tibb və xüsusi ixtisaslar üzrə gələcəkdə bakalavr təhsili almaq istədiyiniz fakültələrə aiddir. Həmçinin Riyaziyyat, Fizika, Kimya, Bilogiya, İqtisadiyyat, Tarix, Siyasət, Hüquq və digər istiqamətlərdə də   A-level proqramı keçmək mümkündür.

Siyahıda göstərilən Böyük Britaniya kolleclərində A-level proqramını keçə bilərsiniz:

1. Kaplan İnternational Colleges

2. İNTO

3. Cambridge Education Group

4. Navitas

5. Study Group

6. Bellerbys College