Yay məktəbləri

Yay məktəbləri əsasən yay mövsümündə yeniyetmələrın qoşulması  üçün nəzərdə tutulur.

Məktəblərdə yeniyetmələrin hər hansı bir problemlərinə daha yaxından kömək etmək üçün rus dilli əmədaşlar da mövcuddur.

Yay məktəblərinə tələbələr qrup halında və ya fərdi şəkildə qoşula bilərlər.

Məktəbdə tələbələrin ingilis dilində yazı, dinləmə, danışıq, anlama, söz ehtiyyatı, duzgün tələffüz kimi bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif tədris metodlarından istifadə edilir.

Yeniyetmələrin yaşlarını nəzərə alaraq dərslərin yorucu olmaması üçün  tədris metodu olaraq müxtəlif əyləncəli, intellektual oyunlardan, bilik yarışmalarından,debatlardan, istifadə edilir.

Kurs haqqında faktlar:

  • Məkan: Böyük Britaniyada: London, Cambridge, Oxford, Bournemouth, Bath, Brighton ,Salisbury,Leeds,Stamford şəhərləri

  • Başlama vaxtı: İyun-Avqust ayları( hər bazaar ertəsi)

  • Kurs müddəti: minimum 2 həftədən 6 həftəyə qədər

  • Minimum yaş həddi :12

  • Sinifdəki tələbə sayı:10-15

  • Hər həftəyə olan dərs sayi: 20-27 (hər dərs 45 dəqiqədir)

  • Tələb olunan dil səviyyəsi: butun dil səviyyələri

Məktəbin xidmətlərinə nələr daxildir?

  • Ingilis dilinin 4 istiqamətdə (yazı, oxu, dinləmə, danışıq) tədrisi;

  • Tədris aldığınız şəhərin tarixi yerlərinə, muzeylərə, gəzməli-görməli yerlərə ekskursiyalar;

  • Tələbələrin özfəaliyyət dərnəklərində müxtəlif tamaşalar, yarışmalar və tədbirlərdə iştirakının təmini;

  • İngiltərə adət-ənənləri, mədəniyyəti ilə yaxından tanışlıq;

  • Tələbələrə məktəbdə 24 saat nəzarət;

  • Yeniyetmələrin hava limanında qarşılanması və yola salınması;

  • Seçiminizə uyğun olaraq ailədə və ya yataqxanada yerləşdirmə;

  • Gündə 3 dəfə yemək;

  • Kursun sonunda hər bir tələbənin sertifikatla təmin olunması.

Ən əsası bu məktəblərə qoşulmaqla siz yay tətilinizi səmərəli keçirəcək, müxtəlif ölkələrdən olan həmyaşıdlarınız arasında yeni dostlar qazanacaqsız.

Diqqət, diqqət!
Kaspi Xaricdə Təhsil tərəfindən təşkil olunacaq University of East London-da təşkil olunacaq 2 həftəlik (2017-ci il, 29 iyul-12 avqust) Yay Məktəbində iştirak etmək üçün aşağıdakı linkə daxil olun:


https://www.facebook.com/events/1215629065224281/