IELTS kursları

IELTS imtahanına hazırlıq nə üçün lazımdır?

Tədrisi ingilis dilində olan İngiltərə və  istənilən  digər ölkə universitetlərində ali təhsil almaq üçün IELTS imtahanı nəticəsi tələb olunur. Universitetlərin tələblərindən asılı olaraq IELTS göstəricisi müxtəlif ola bilər. Beləliklə, tələbələrin bu imtahana hazırlaşmaqda məqsədi  ali təhsilini Böyük Britaniyada və ya digər Avropa ölkələrində davam etdirməkdir.

IELTS imtahanı 4 hissədən ibarətdir: oxu, yazı, dinləmə və danışıq.

Təklif olunan IELTS kursunda sizə aşağıdakılara nail olacaqsınız: 

  • ⇒ Qrammatik biliklərinizi genişləndirmək;

  • ⇒ Ümumi ingilis dili bacarıqlarınızı və söz bazanızı artırmaq;

  • ⇒ İmtahan zamanı vaxtı düzgün bölmək;

  • ⇒ Tapşırıqları daha operativ və düzgün cavablandırmaq üçün müxtəlif metodlar mənimsəmək.

Təklif olunan məktəblər kitabxana, linqafon dərsləri üçün zəngin laboratoriyalarla, intellektual löhvələrlə  təhciz olunub.

Digər məlumatlar:

  • Məkan:  Böyük Britaniyada: London, Cambridge, Oxford, Bournemouth,Salibury Edunburgh, Dublin,Bath, Brighton,Bristol şəhərləri

    • Başlama vaxtı: Hər  ayın əvvəli bazar ertəsi

    • Kurs müddəti: minimum 4 həftədən 12 həftəyə qədər

    • Minimum yaş həddi : 16

    • Sinifdəki tələbə sayı: 10-15

    • Hər həftəyə olan dərs sayı: 28 (hər dərs 45 dəqiqədir)

    • Tələb olunan dil səviyyəsi: Intermediate

Bu kurslara dünyanın bir çox ölkələrindən ingilis dili öyrənməyə gələn tələbələr qoşulur. Tələbələrin günlərinin daha maraqlı keçməsi üçün hər həftə sonu digər yaxın şəhərlərə gəzintilər, muzey və tarixi məkanlara  ekskursiyalar, karaoke klublar, idman yarışları da təşkil olunur.

Harada qala bilərsiniz ?

Əvvəlcədən seçiminizə uyğun olaraq ailədə və ya məktəbin yataqxansında qala bilərsiniz. Ailələr çox diqqətlə seçilmiş, mümkün qədər məktəbə yaxın ərazidə yaşayan ailələr olur.