Proqram

Abituriyent hazırlığı

Təhsil Mərkəzində abituriyent hazırlığı proqramlarının tədrisi prosesində ən maraqlı və özünü doğruladan layihələrə üstünlük verilir. Proqramlar hər il təkmilləşdirilir, əvvəlki illərdə baş vermiş bütün çatışmazlıqlar araşdırılır, işə " harada nəyi yaxşı etmək olar " prinsipi ilə yanaşılır, yeni-yeni özünü təsdiqləmiş  metodlar tətbiq olunur.

Kaspi Təhsil Mərkəzlərində abituriyent hazırlığı proqramı TQDK-nın proqramları  çərçivəsində 2 istiqamətdə aparılır:

  • XI sinif və ya Məzunlar üçün nəzərdə tutulmuş sürətli tədris proqramı
  • IX və X sinif şagirdləri üçün nəzərdə tutulmuş standart tədris proqramı

 

XI sinif və ya Məzunlar üçün nəzərdə tutulmuş SÜRƏTLİ tədris proqramı

10 ay ərzində TQDK-nın qəbul proqramı gücləndirilmiş metodlar vasitəsiylə şagirdlərə mənimsədilir. Bu proqram çərçivəsində 8 ay ərzində proqram tam öyrədilib qurtarılır, qalan 2 ay ərzində təkrar prosesinə başlanılır, tələbələrin mövzular və test tətbiqi sahəsində çatışmazlıqları aradan qaldırılır.

  • İştirakçılar - 11 sinif və ya məzunlar
  • Kursun başlama tarixi - Hər tədris ilinin ilk günü ( 15 sentyabr )  
  • Kursu bitirmə tarixi - TQDK-nın qəbul imtahanlarınadək
  • Dərs saatı - Həftədə 18 saat + əlavə dərslər
  • Dərs saatları cəmi - 760 saat + əlavə dərslər
  • Dərs müddəti - Rəhbərliyin təyin etdiyi həftədə 3 gün

İmtahanlar:

  • Daxili sınaqlar - 16 ədəd
  • Fəsil sınaqları - 10 ədəd
  • Mövzu sınaqları - 4 ədəd
  • Ümumi Sınaq - 4 ədəd
  • Təkrar Sınaqları - 2 ədəd
  • Cəmi: 36

Xüsusi qeydlər

  • Daxili Sınaq Yoxlamaları ( DY ) : Abituriyentlərin qavrama və dərsmənimsəmə gücünü müşahidə  etmək məqsədi ilə  hər fənn müəllimi tərəfindən tətbiq olunan yoxlama növüdür. ( Ölçü vahidi - % )
  • Fəsil Sınaq Yoxlamaları ( FY ) :  Fəslə aid olan bütün materialın abituriyentin hansı səviyyədə  mənimsəməsini yoxlamaq məqsədi ilə  Fənn Bölmə Rəhbərləri tərəfindən tətbiq edilən yoxlama növüdür. ( Ölçü vahidi - % )
  • Mövzu Sınaq İmtahanları ( MSİ ) : Abituriyentlərin ayrı-ayrı mövzular üzrə bilik səviyyəsini yoxlamaq məqsədi ilə Rəhbərlik tərəfindən müəyyən  edilmiş tarixlərdə tətbiq olunan sınaq imtahanıdır ( Ölçü vahidi - 0-700 bal )
  • Ümumi Sınaq İmtahanları ( ÜSİ ) : Aprelin əvvəlindən başlayaraq abituriyentlərin ümumi bilik səviyyəsini yoxlamaq məqsədi ilə tətbiq edilən sınaq imtahanıdır ( Ölçü vahidi - 0-700 bal )
  • Təkrar Sınaq İmtahanları ( TSİ ) : Tələbələr mövsümi tətillərdən qayıdan zaman dərs ilinin əvvəlindən cari vaxta qədər keçilən materialları yoxlamaq məqsədi ilə tətbiq edilən sınaq imtahanıdır ( Ölçü vahidi - 0-700 bal )

IX və X sinif şagirdləri üçün nəzərdə tutulmuş STANDART tədris proqramı

Bu proqramda isə  TQDK-nın qəbul proqramının 4/5 hissəsi ( 11-ci sinfi əhatə etmir ) 9 ay ərzində davamlı təkrarlar olmaqla nisbətən aşağı sürətlə abituriyentlərə mənimsədilir. Bu proqramın əsas mahiyyəti ondan ibarətdir ki, materiallardan xəbərdarlıq səviyyəsi aşağı olan şagirdlərə mövzular asta sürətlə öyrədilərək onlarda baza yaradılır. Bu da növbəti il daha effektli şəkildə qəbul imtahanına hazırlaşmaq üçün zəmin yaradır. Ali Məktəbə qəbul olmaqla yanaşı, həm də yüksək nəticə göstərmək üçün bu proqram böyük əhəmiyyət kəsb edir.

IX və X sinif və ya məzunlar üçün nəzərdə tutulmuş tədris proqramı ( baza məlumatlar )

  • İştirakçılar - 9,10-cu sinif şagirdləri və məzunlar
  • Kursun başlama tarixi - 19.09.2016  
  • Kursu bitirmə tarixi - 15.06.2017
  • Dərs saatı - Həftədə 15 saat + əlavə dərslər
  • Dərs saatları cəmi - 550 saat +  əlavə dərslər
  • Dərs müddəti - Rəhbərliyin təyin etdiyi həftədə 3 gün

İmtahanlar:

  • Kuiz sınaqları - 16 ədəd
  • Mövzu sınaqları - 5 ədəd
  • Təkrar Sınaqları - 2 ədəd
  • Cəmi: 23

Xüsusi qeydlər

  • Kuiz Yoxlamaları ( KY ) : Fəslə aid olan bütün materialın abituriyentin hansı səviyyədə  mənimsəməsini yoxlamaq məqsədi ilə  Fənn Bölmə Rəhbərləri tərəfindən tətbiq edilən yoxlama növüdür ( Ölçü vahidi-% )
  • Mövzu Sınaq İmtahanları ( MSİ ) : Abituriyentlərin ayrı-ayrı mövzular üzrə bilik səviyyəsini yoxlamaq məqsədi ilə Rəhbərlik tərəfindən müəyyən edilmiş tarixlərdə tətbiq olunan sınaq imtahanıdır ( Ölçü vahidi - 0-700 bal )
  • Təkrar Sınaq İmtahanları (TSİ ) : Tələbələr mövsümi tətillərdən qayıdan zaman dərs ilinin əvvəlindən cari vaxta qədər keçilən materialları yoxlamaq məqsədi ilə tətbiq edilən sınaq imtahanıdır ( Ölçü vahidi - 0-700 bal )