Valideynlərlə İş

Valideynlərlə əlaqə, valideynlərin qəbulu

Valideynlərimiz  şagirdlər  haqqında bütün məlumatları Tələbələrlə İş Şöbəsindən ala bilərlər. Daimi olaraq Tələbələrlə İş Şöbəsinə görüşməyə dəvət etdiyimiz valideynlər, övladlarının fəaliyyətini  birə-bir təqib etmə imkanını əldə edirlər. Bundan başqa müəyyən periodlarla reallaşdırılan valideyn yığıncaqlarında  sinif rəhbərləri, bütün fənn müəllimləri ilə görüşərək övladlarının dərslərdəki performanslarını, davranışlarını öyrənirlər.

KASPİ LMS- in fəaliyyəti və iş prinspi (valideynlər üçün)

Kaspi LMS - Kaspi Təhsil Mərkəzində Öyrənmənin İdarəolunma sistemidir. Bu sistemin əsas istifadəçilərindən biri də valideynlərdir. Valideynlər bu sistem vasitəsi ilə aşağıdakıları nəzarətdə saxlaya bilərlər:

  • Tədris prosesi
  • Dərs cədvəli
  • İmtahan nəticələri

Seminar Xidməti

Məsul Əməkdaşlarımız  valideynlərə və tələbələrlə  imtahan sistemi, peşələr, imtahan həyəcanının aradan qaldırılması və test işləmə texnikaları, universitetlər, mənəvi motivasiya mövzularında müntəzəm seminarlar təşkil edirlər. Bu seminarlar həm psixoloq  müəllimlərimiz tərəfindən, həm də sahələrində mütəxəssis qonaqlar çağırılaraq həyata keçirilir.  Valideynlərimizə istiqamətli olaraq ailə -məktəb-tələbə münasibətləri kimi  fərqli mövzularda da seminarlar təşkil edilir.