Tələbələrlə iş

Tanışlıq Mərhələsi

Kaspi Kurslarında qeydiyyatdan  keçən tələbələr, qeydiyyat əməliyyatları bitdikdən dərhal sonra məsul əməkdaşlarla tanış olur. Bu tanışlıq söhbətində şagirdin təhsil almaq istədiyi ali məktəb və seçmək istədiyi İxtisas qrupları  nəzərə alınaraq, nələri etməsi  lazım olduğu haqqında məlumat verilir.  Şagirdin dərs  vərdişləri, fərdi özəllikləri, içində olduğu şərtlər öyrənilərək şagird haqqında  ilkin  məlumat əldə edilir. Beləliklə, şagirdlərin zaman itkisi yaşamadan ən doğru şəkildə istiqamətləndirilməsi təmin edilir.

Qəbul İmtahanı və Siniflərin yaradılması

Kaspi Abituriyent Kurslarında  şagirdlərin özlərinə uyğun təhsil ala bilmələri üçün təhsil ilinin əvvəlində qəbul imtahanı tətbiq edilir. Bu imtahanda şagirdlərin fənlər üzrə bilik səviyyələri müəyyən olunur. Bilik səviyyələri bir-birinə uyğun şagirdlərin birlikdə təhsil almaları üçün sinflər yaradılır.Qeyd edək ki, qəbul  imtahanı yalnız siniflərin yaradılmasına xidmət  etmir. Bu imtahanın həyata    keçirilməsinin əsas məqsədi tələbəmizin dərs səviyyəsindəki müvəffəqiyyət qrafikini görərək, ilk gündən etibarən hazırlıq işlərinə istiqamət verə bilməkdir.

İxtisas Qrupu Seçimi

Məsul əməkdaşlarımız, ixtisas  seçimi mövzusunda, şagirdlərimizin öz fərdi xüsusiyyətlərinə və qabiliyyətlərinə uyğun, maraq və gözləmələrinə cavab verə biləcək ixtisas seçimlərində kömək olmaq üçün peşələr və universitetlər haqqında doğru məlumat əldə etmələrini  təmin edirlər.Seçdiyi ixtisasa əsasən şagirddə uyğunsuzluq aşkar edildikdə tələbəyə və valideynə müvafiq tövsiyyələr verilir.

Əlavə Dərslər

Aydın olmayan bir məqam ya da sual olduğu təqdirdə və ya test tətbiqi ilə bağlı abituriyentlərin problemləri olarsa Tələbələrlə iş şöbəsi tədris qrafikinə uyğun olaraq müvafiq fənlər  üzrə məşğələ saatları təyin edir. Bu məşğələlərdə şagirdlər  müəllimə suallarını çox rahat bir şəkildə verə bilirlər. Çünki mövzunun başa düşülməsi çox əhəmiyyətlidir. Bu məşğələlər barədə şagirdlə yanaşı onların valideynləri də məlumatlandırılır və məşğələlərin effektivliyi sinif rəhbərləri və Tələbələrlə İş Şöbəsi tərəfindən daim nəzarətdə  saxlanılır.

Qəbul imtahanından sonra Universitet seçimi

Universitet hazırlıq prosesini  tamamlayan tələbələrimiz TQDK-nın qəbul İmtahanından sonrakı fakultə seçimi dövründə ən doğru şəkildə istiqamətləndirilir. İmtahan nəticələri açıqlandıqdan sonra Kursa çağrılan  şagirdlərimizin imtahan nəticələri qiymətləndirilir. İmtahan nəticəsinə görə daxil ola biləcəkləri universitetlər  müəyyyən  olunaraq seçim ixtisasları mövzusunda tövsiyyələr verilir. Bu  tövsiyyələrə əməl edən abituriyentlər tamamilə şüurlu və şansa yer buraxmadan seçimlərini həyata keçirirlər.

Tələbələrlə İş Şöbəsinin fəaliyyəti və iş prinspi

Məsul əməkdaşlarımızvnizamlı olaraq aparılanvyoxlamalar sayəsində dərsə davam etməyən, ev tapşırıqlarını yerinə yetirməyən  şagirdləri  müəyyənləşdirərək həm abituriyentlərlə, həm valideynlərlə  ünsiyyət yaradırlar. Səbəblər araşdırılaraq, əsaslı səbəbi olan şagirdlərin əskik qalan mövzularını, problemlərini  kompensasiya etməsi təmin edilir. Şüurlu  olaraq dərslərə davam etməmə, fəaliyətsizlik aşkarlanarsa və bu vəziyyət xroniki (davamlı) hal almışsa bununla əlaqədar olaraq şagird və valideynlərlə   görüşülür, problem təhlil edilərək, lazımi qərarların icrası təmin  edilir
Eyni zamanda Tələbələrlə iş Şöbəsi tərəfindən şagirdlərimizin, fərdi xüsusiyyətlərini, iş vərdişlərini, ətraf və ailəylə əlaqələrini,  problemlərini müəyyən edən testlər tətbiq olunur. Bu sorğular analiz olunaraq  müəyən edilmiş tədbirlər həyata keçirilir.

KASPI LMS- in fəaliyəti və iş prinspi (abituriyent nöqteyi nəzərdən)

Kaspi LMS - Kaspi Təhsil Mərkəzində Öyrənmənin İdarəolunma Sistemidir. Bu sistemin ən əsas istifadəçisi tələbələrdir. Hər bir tələbə və valideyni üçün hesab açılır.

Tələbələr bu sistemdə

  • Tədris proseslərini görə bilərlər
  • Dərslərini və tapşırıqları edə bilərlər
  • Dərs cədvəllərinə baxa bilərlər
  • Müəllim tərəfindən hazırlanan imtahana daxil ola bilərlər