Tədrisin təşkili

Tədris prosesinə rəhbərlik öz sahəsinin mütəxəssisi, xüsusi öyrətmə və test texnologiyası sahələrində təcrübəyə malik olan müəllimlər tərəfindən aparılır. Şöbələrimizdə vəzifəsini  yerinə yetirən bütün müəllimlərimiz, əməkdaşlarımız şagirdlərimizin ali məktəb müəssisələrinə hazırlıq müddətində qarşılaşa biləcəkləri mümkün problemləri həll etmək üçün lazım olan bütün işləri həyata keçirirlər. Şagirdlərimizin fərdi xüsusiyyətləri nəzərə alınaraq sağlam və  məhsuldar şəkildə tədris prosesi təmin edilir.

Fənn bölmələrinin idarə olunması - TQDK ilə iş

Kaspi Abituriyent kurslarında tədrisin effektli təşkil olunması üçün, hər fənn üzrə ayrı-ayrı bölmələr yaradılmışdır. Bölmələrə ayrı-ayrı fənlər üzrə ekspertlər rəhbərlik edir. Hər bir fənn üzrə dərslərin keçirilmə mexanizmi, biliyin bütün mərhələlərdə yoxlanılması, qiymətləndirilməsi sxemi işlənib (Proqram bölməsindən əlavə məlumat ala bilərsiniz) hazırlanırmışdır. Tədris əsasən 2 istiqamətdə

  • nəzəri biliklərin mənimsədilməsi 
  • şagirdlərdə test işləmə vərdişlərinin yaradılması

TQDK-nın seminarlarına mütəmadi olaraq qatılan fənn rəhbərlərimiz, ekspertlərimiz imtahan suallarının standartlarının müəyyən olunması və testlərin  tərtibatı ilə bağlı müzakirələrdə iştirak edərək fəallıq göstərirl, qəbul imtahanları ilə əlaqədar qəbul olunan yeniliklər və dəyişikliklər  haqqında ən etibarlı məlumatları operativ şəkildə əldə edir və tələbələrə çatdırırlar. Şagirdlərimiz də test formatlarından, standartlarından, TQDK sistemindəki dəyişikliklərdən vaxtında xəbərdar olaraq hazırlıqlarını buna uyğun edirlər.

Vəsaitlər, Kuizlər

Kaspi Abituriyent kurslarında abituriyentlərə verilən kitablar və test  bankları universitet imtahanına hazırlıq mərhələsindəki hər şagirdə kifayət edəcək şəkildə hazırlanmışdır. Şagirdə verilən mövzu izahlı kitablar, test bankları, universitetə hazırlıq sınaqları və kuiz testləriylə birlikdə bir şagirdinin həll edəcəyi sual (test) sayı təxminən 15.000 ətrafındadır. Kuiz testlər şagirdlərin hərtərəfli və fərqli nümunələr həll etmələri üçün hazırlanmış test toplularıdır. Kuizlərdən xüsusilə fərdi müvəffəqiyyət dəyərləndirmələrində bir ölçü vasitəsi olaraq istifadə edilir. Kuiz testlərdə həll edilməyə çalışılan suallar dərs kitablarında olduğu kimi işlənən mövzulara paralel olur. Çünki, işlənməyən mövzulara aid testlərin həll edilməsi ümumi bir müvəffəqiyyətsizlik hissi oyadacaq, həm dərsə, həm də mövzuya aid mənfi bir hissin meydana gəlməsinə gətirib çıxaracaqdır. Kuiz testlərdə həll edilə bilməyən sualların müəllimlərlə paylaşılması şagird fəaliyyətini və müvəffəqiyyətini daha da artırır.

Ölçmə və qiymətləndirmə

Kaspi Təhsil Mərkəzlərində bütün ixtisas qrupları üzrə eyni gün və eyni saatda TQDK standartları səviyyəsində sınaq imtahanları tətbiq edilir. Bu imtahanlarda abituriyentlər həm imtahan təcrübəsi əldə edirlər, həm də imtahan nəticələrini qiymətləndirirlər. Bundan başqa geniş bir kütlə içərisindəki müvəffəqiyyət səviyyələrini müəyyən edərək hədəflərinə olan məsafəyə nə dərəcə yaxınlaşdıqlarını müəyən edə bilirlər. Sınaqlarımız həm sualların xüsusiyyəti, həm də tətbiqi baxımından TQDK–nın qəbul sualları ilə eyni standartlara malikdir. Beləliklə, sınaq imtahanlarında gerçək imtahan təcrübəsi əldə edilmiş olur. İmtahandan sonra məsul şəxslər, müəllimlərimiz, nəticələri analiz edib abituriyentin son sınaqdakı qazandığı nəticəylə iştirak etdiyi bütün sınaqlardakı nəticəni müqayisə edərək, göstərdiyi irəliləməni müəyyən edir, hər hansı bir sahədə problem aşkar edilidiyi zaman isə, bununla bağlı həll təkliflərini təqdim edirlər. İmtahan analiz sistemimizdəki tələblər, tətbiq və nəzəri əsaslı müvəffəqiyyətləri təyin edir, əskikləri müəyyənləşdirir, bu isə öz növbəsində şagirdlərə həll edə bilmədiyi imtahan suallarının özləri üçün aydınlaşdırılmasında böyük köməklik etmiş olur. Bütün bunlar təyin olunandan sonra əlaqədar əməkdaşlar tərəfindən görüləsi işlər ardıcıllığı planlanlaşdırılaraq, nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyət planı hazırlanır.

Ölçmə və Qiymətləndirmə aşağıdakı sxemlər üzrə müəyyən mərhələlərlə qiymətləndirilir.

  • Kuiz Sınaq Yoxlamaları (KY):  Fəsilə aid olan bütün materialın abituriyentin hansı səviyyədə mənimsəməsini yoxlamaq məqsədi ilə Fənn Bölmə Rəhbərləri tərəfindən tətbiq edilən yoxlama növüdür. (Ölçü vahidi-%)
  • Mövzu Sınaq İmtahanları (MSİ): Abuturiyentlərin ayrı-ayrı mövzular üzrə bilik səviyyəsini yoxlamaq məqsədi ilə Rəhbərlik tərəfindən qeyd edilmiş tarixlərdə tətbiq olunan sınaq imtahanıdır. (Ölçü vahidi – (0-700 bal)
  • Ümumi Sınaq İmtahanları (ÜSİ): Aprelin əvvəlindən başlayaraqAbuturiyentlərin ümumi bilik səviyyəsini yoxlamaq məqsədi ilə tətbiq edilən sınaq imtahanıdır. (Ölçü vahidi – (0-700 bal)
  • Təkrar Sınaq İmtahanları (TSİ): Abituryentlər mövsümi tətillərdən qayıdan zaman dərs ilinin əvəlindən mövcud vaxta qədər keçilən materialları yoxlamaq məqsədi ilə tətbiq edilən sınaq imtahanıdır. (Ölçü vahidi-(0-700 bal)

İmtahan Sistemi. Sınaqların mahiyyəti

Hazırlıq sınaqları kursun davamlı tətbiqləri arasında ən əhəmiyyətli olanıdır. Tədris ili ərzində 35-40 gündən bir Mövzu Sınaq İmtahanları (MSİ), mart ayından başlayaraq Ümumi Sınaq İmtahanı (ÜSİ), tətillər arası müddətlərdə Təkrar Sınaq İmtahanı (TSİ)kimi  üç növ sınaq imtahanı və 10 gündən bir Daxili Yoxlama (DY), 15-20 gündən bir Fəsil yoxlaması (FY) kimi isə xüsusi yoxlamalar tətbiq edilir (bax. Ətraflı Ölçülmə və Qiymətləndirmə bölməsində). Bu sınaq imtahanları və yoxlamaları barəsində şagirdə vaxtında məlumat verilir. Sınaq imtahanlarında iştirak məcburidir. Sınaqların qiymətləndirilməsi haqqında şagird, müəllim və valideynlər məlumatlandırılır. Sınaq imtahanlarında şagirdlər əsas fənlərə daha çox üstünlük verərək bütün sualları həll edə biləcək gücə sahib olmaq yönündə çalışmalıdır. Xüsusilə hədəflənən ballara yaxınlaşma şagirdi motivasiya edir, dərs-iş aktivliyini və səmərəlilyini artırır. Sınaq imtahanlarında hədəfdən uzaqlaşmalara isə ağılla, təmkinlə yanaşılmalı, əskikləri aradan qaldırmaq üçün səylər artırılmalıdır. Sınaq imtahanlarının təqvim cədvəli kaspi.edu.az Sınaq imtahanları səhifəsində göstərilmişdir.

Sınaq imtahanlarının bir başqa müsbət tərəfi şagirdin gerçək qəbul imtahanına daha adi bir psixologiya ilə girməsinə köməkçi olmasıdır. İmtahan qayğısı yaşayan şagird üçün bu sınaqlara qatılmaq qəbul  imtahanını sıravi bir imtahan halına gətirir. Beləliklə, hazırlıq sınaqları ilə əlaqədar doğru analizlər edilir, qiymətləndirmələrdə imtahanın çətinlik–asanlıq dərəcəsi, düşən suallara aid məsələlərin işlənib-işlənməməsi, imtahan motivasiyası nəzərə alınmış olunur.

Dərslər, Dərs-İş proqramıın hazırlanması

Bir dərs saatının müddəti 1 saatdır. Tənəffüs 5 dəqiqədir. Dərslərdə müəllim tədris planı proqramına uyğun olaraq mövzuları izah edir və o mövzulara aid nümunə suallar şagirdlərlə birlikdə  həll edilir.  Abituriyentin dərsdə aktiv iştirakı təmin edilərək zehni fəaliyyəti artırılır.

Kaspi Kurslarının diqqət etdiyi ən əhəmiyyətli məqamlardan biri dərslərdəki intizam və şagirdlərin nizamlı davamiyyətidir. Dərsə qatılmayan, dərs tapşırıqlarını yerinə yetirməyən  şagirdin  təqibi həssas bir şəkildə həyata keçirilir. Bu haqda tələbənin valideyni əvvəlcə SMS yolu ilə bilgiləndirilir. Abituryent  özü, valideyn isə övladı haqqında istədiyi zaman bilgiləri şagirdə aid MƏLUMAT BAZASIndan ala bilirlər.

Müəllimlərimiz, şagirdlərimizin fərdi xüsusiyyətlərini əsas götürərək, hər bir şagirdə uyğun aşağıdakı dərs-iş proqramını hazırlayır və mütəmadi olaraq  diqqətdə saxlayır:

  • Dərs məhsuldar bir şəkildə işlənir
  • Müəllim dərsi  izah etmə sürətini sinfin səviyyəsinə görə nizamlayır
  • Şagirdlər qavrama qabiliyyətinə görə təsnifatlandırılır
  • Dərslərin izahı, testlərin çətinlik dərəcəsi  şagirdlərin bacarıqlarına uyğun olaraq hazırlanır
  • Zaman meyarı daima diqqət mərkəzində saxlanılır
  • Şagirdlər arasında koordinasiya təmin edilir

Yuxarıdakı şərtlərin icrası sayəsində şagirdlərə mənimsəmə prosesində əngəl törədən problemlər araşdırılır, nəticədə həlli mümkün olan nöqsanlar aşkar edilir və aradan qaldırılır.

Müəllimlərlə və Sinif Rəhbərləri ilə işin təşkil

Müəllimlər təhsil mövsümü başlamazdan əvvəl xüsusi seminarlara qatılaraq kursda olan dərs və xidmət intizamı haqqında məlumatlarla tanış olurlar. Təcrübəli və peşəkar ekspertlərin verdiyi nümunəvi dərslərdə iştirak etməklə, öz bacarıqlarını daha da zənginləşdirirlər.

Danılmaz faktdır ki, mövzuları ən bəsit dildə izah edən, əldə edilmiş biliklərin testə tətbiqini ən sadə yollarla, xüsusi metodlarla   öyrədən  müəllim  yaxşı  müəllim hesab olunur. O da aydındır ki, TQDK qaynaqlarındakı sualları abituriyentlərə izah edə bilmək üçün biliklə yanaşı məlumatlılıq və yenilənən təcrübə də vacib şərtlərdəndir. Dərslərdə müəllim  sualları izah edərkən şagirdin diqqətini özünə çəkə bilməsi isə igər vacib pedaqoji keyfiyyətlərdən biridir. Məhz bu səbəblərdən də qeyd olunanların əməli işə keçməsi üçün KT mərkəzlərində peşəkar pedaqoqlar tərəfindən müəyyən seminarlar aparılır.

Bundan başqa, Abituriyent Kurslarımızda Sinif Rəhbəri (məsləhətçisi) sistemi uğurla tətbiq olunur. Sinif rəhbərininəsas vəzifəsi müəyyən bir fənni tədris etməkdən əlavə, həm də şagirdlərin tədris boyunca qarşılarına çıxa biləcək problemlərdə onlara yardımçı olmaq  və şagirdlərə fərdi nəzarəti təmin etməkdir. Sinif məsləhət sisteminin təsirli bir şəkildə icra edilməsi üçün on beş gündən bir məsləhət dərsləri ilə sinfin ümumi vəziyyəti qiymətləndirilir.

Məsləhətçi Müəllimin (Sinif  Rəhbərinin) fəaliyyət dairəsinə aşağdakılar daxildir:

  • Fiziki problemlər
  • Sinfin təmizliyi, nizamı
  • Sinifdə istifadə edilən vasitə və vəsaitlərin keyfiyyətinə və sağlamlığına nəzarət, həmçinin çatışmayan vəsait və dərsliklərlə əlaqədar problemlər
  • Sinfin istilik və ventilyasiya sisteminə nəzarət
  • Sinifdə şagirdlərin lazımi qaydada əyləşdirilməsi
  • Dərslərin gedişatı ilə  ilə əlaqədar problemlər
  • Sınaqlar ilə əlaqədar problemlər
  • Fənn  müəllimləri ilə əlaqədar problemlər
  • Dərs intizamı ilə əlaqədar problemlər
  • Fərdi problemlər
  • Adaptasiya problemi yaşayan şagirdlərə dəstək
  • Şagirdlərin müvəffəqiyyətsizlikləri ilə bağlı problemlər

Sinifin məsləhətçi müəllimi, məsləhətçisi olduğu sinifdə ayda iki dəfə məsləhət dərsiləri təşkil edir. Bu dərslərdə:

  • Sinfə aid sınaqların nəticələri ümumi olaraq qiymətləndirlir.
  • Ballar üzrə artım və azalmalar, müvəffəqiyyətlər araşdırılır
  • Tələbə tərəfindən hədəf qoyulmuş ball ilə tələbənin cari balı müqyisə edilir, hədəflə tələbənin potensialı arasında düz mütənasibliyə nail olumsaı üçün istiqamətlər verilir
  • Müvəffəqiyyət artımı üçün sinfi motivasiya edilir
  • Müvəffəqiyyətsizlik vəziyyətlərində səbəblər müəyyən edilərək əlaqədar şəxslərlə  görüşülür
  • Növbəti sınaqlarla bağlı hədəf balları təyin edilir
  • Məqsədsizlik, tənbəlik vərdişi olan şagirdlər ilə görüşülərək problemləri araşdırılır
  • Rəhbərlik servisində  hazırlanan proqram çərçivəsində universitetə hazırlıq sistemi və iş intizamı kimi mövzular haqqında şagirdlər məlumatlandırılır
  • Şagirdlərin imtahan sistemi, qiymətləndirmə  ilə əlaqədar suallarına cavab verilir

Bunlardan başqa Sinif Rəhbəri: 

  • Rəhbəri olduğu sinfin müəllimləri ilə görüşərək ümumi vəziyyət haqqında müəllimlərin fikirlərini öyrənir
  • Valideyn iclaslarında valideynlərə övladları haqqında məlumat verir
  • Rəhbəri olduğu sinfin gəzintilər, bilik yarışmaları, futbol turnirləri kimi sosial fəaliyyətlərdə iştirakını təmin edir