Kursun üstünlükləri

Kaspi Abituriyent Hazırlığı kursunun məqsədi şagirdləri ali məktəbə səmərəli yollarla TQDK-nın imtahan formatı çərçivəsi daxilində hazırlamaqdır. Kursda dərslər müasir texnologiyalardan səmərəli şəkildə istifadə edilməklə zənginləşdirilmiş metodlarla izah olunur. Dərslər qəbul imtahanı proqramına uyğun keçirilir və birbaşa nəticəyə təsir göstərir.

Kaspi Təhsil Mərkəzində uzun müddət pedaqoji təcrübəsi olan, abituriyent hazırlığı sahəsində tanınmış müəllimlər abituriyentlərə yüksək səviyyədə xidmət göstərərək mövzuların izahı, testlərin tətbiqi ilə bağlı bütün sualları ətraflı başa salmaqla yardımçı  olurlar. Bundan əlavə digər xidmətlər də (psixoloq xidməti, pedaqoq xidməti, köməkçi müəlimlər, əlavə məşğələlər, sınaqlar, sinif rəhbərləri və s. ) göstərilərək şagirdin imtahana psixoloji hazırlığı da təmin edilmiş olur. Kaspi Təhsil Mərkəzləri eyni zamanda şagird ilə valideyn arasında körpü vəzifəsini də boynuna götürür.

Kurs  gəzintilər və müxtəlif fənlər üzrə bilik yarışları təşkil edərək həm  yaxşı motivasiyanı təmin edir, həm də qabiliyyətlərinizi ortaya qoyaraq dərsdən kənar vaxtınızı ən məhsuldar şəkildə dəyərləndirməyə  imkan yaradır. Kaspi Kurslarında  qəbul proqramına  aid mövzular işlənərkən eyni zamanda orta məktəb dərslərini möhkəmlətmə istiqamətində də işlər görülür. Əgər məqsədyönlü və şüurlu surətdə çalışsanız, nəzəri biliyinizi artırmaqla yanaşı Kaspi Təhsil Mərkəzində hazırlanan kuiz testlər və keçirilən imtahan sınaqları vasitəsiylə ən mürəkkəb testlərin qısa və praktik həlli yollarını öyrənərək az zaman çərçivəsində çox sual həll edə bilmə vərdişi qazana  və test texnikasının incəliklərini qavraya bilərsiniz.

Eyni zamanda Kaspi Abituriyent Mərkəzi tələbələr üçün Güzəşt Paketləri təsis etmişdir. Bu güzəştlərə nail olmaqla siz ya pulsuz , ya da çox sərfəli şərtlərlə təhsil almaq imkanı əldə edə bilərsiniz.
 

Ətraflı məlumat üçün Güzəştlər, Endirimlər bölməsinə daxil olun.