Rus dili

Rus dili kursları

Kaspi Təhsil Mərkəzi sizə peşəkar rus dili kursları təqdim edir. Siz Kaspi Təhsil Mərkəzində rus dilini gündəlik həyatınızda və peşəkar fəaliyyətinizdə istifadə etmək üçün yüksək səviyyədə öyrənə bilərsiniz. Kurslar tələbələrə münasib vaxtlarda fərdi və qrup şəklində təşkil olunur.

 

Proqramın məqsədi:

Proqramın başlıca məqsədi rus dilində danışma, dinləmə, oxuma, yazma bacarıqlarını və zəruri qrammatika bazasını tələbələrə verməkdir. Dərslər interaktiv metodlarla keçirilir. Bu proqram sizə rus dili üzrə möhkəm baza bilikləri verir və qramatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə rus dilini təkmilləşdirməyə imkan verir.

Rus dili proqramı:

Dərslər xüsusi kompleks proqram üzrə aparılır. Bu proqram 3 bölmədən ibarətdir: nəzəri hissə, test və qrammatik tapşırıqlar hissəsi, praktik tapşırıq hissəsi. Bu bölmələr birlikdə tədris olunur. Hər həftə rus dili üzrə danışıq klubları təşkil olunur. Bu dərslər tələbələrə rus dilində daha asanlıqla ünsiyyət qurmağa imkan verir.

Rus dili kursları 2 səviyyəli proqram üzrə həyata keçirilir. Dərslər fərdi və kiçik ( 3-5 nəfərlik ) qruplarda keçirilir. 1-ci səviyyə sizə rus dilində normal ünsiyyət, oxu, dinləmə və yazı qabiliyyəti verir.

2-ci səviyyə rus dili üzrə yüksək bazası olan və sadəcə dil qabiliyyətini daha da təkmilləşdirmək istəyən tələbələr üçündür. Bu səviyyən 2-3 ay davam edir. Həmin səviyyəni bitirdikdə artıq rus dili üzrə oxu, yazı, danışıq qabiliyyətlərini daha da mükəmməlləşdirmiş olacaqsınız.

Qiymətləndirmə:

Rus dili kursu ərzində beş pillədən bir mini imtahan olunursuznuz. Hər səviyyənin sonunda sizin rus dilinizi yoxlayan səviyyə imtahanı verirsiniz. Səviyyə imtahanında siz danışıq, qrammatika, yazı, dinləmə, oxu bacarıqları üzrə hərtərəfli yoxlanılırsınız.

Kursun nəticəsi:

Kursun sonunda bitirdiyiniz səviyyəyə uyğun rus dili üzrə qrammatika, danışıq, dinləmə, oxu və yazı bacarıqlarına yiyələnərək, Kaspi Təhsil Mərkəzinin sertifikatını əldə edəcəksiniz

Rus dili kursu haqqında əsas məlumatlar:

Yaş həddi :

12 yaş

Dərslərin həftəlik bölgüsü :

Həftədə 4 saat dərs

3 saat proqram dərsi

1 saat danışıq dərsi

Başlanma tarixi :

Həftə içi istənilən vaxt səviyyə imtahanı verib başlamaq mümkündür

Müddət :

  • I səviyyə 6-8 ay

  • II səviyya 2-3 ay

Ödənişə daxildir :

  • Ay ərzində 12 saat proqram dərsi

  • Danışıq dərsləri

  • Kitabxanadan istifadə

  • Dərs vəsaitləri

  • Proqram üzrə tapşırıq materialları

Qiymət :

  • Fərdi- 110 manat

  • Qrup(3-5 nəfər)- 60 manat

Dərslər keçirilir :

  • Kaspi Elmlər

  • Kaspi Əhmədli

  • Kaspi Xətai

  • Kaspi Nərimanov

  • Kaspi Nəsimi

  • Kaspi Sumqayıt

POLYGLOT