Proqram

Müasir təhsil metodlarından istifadə edilərək hazırlanan Kaspi Kids məktəbəqədər hazırlıq  proqramı Təhsil Nazirliyinin Məktəbəqədər Təhsil Proqramına (Kurikulumuna) tam uyğundur.

Proqrama uşaqlarda sosial–emosional və fiziki hərəkət inkişafının əldə edilməsi, onlara rənglər və formalar üzrə, istiqamət, mövqe yerləşmə haqda, ölçü və vaxt anlayışı və ingilis dilində baza anlayışların mənimsədilməsi, dinləmə və danışıq bacarıqlarının, rəqəmlər və sadə hesablama, ilkin oxu və yazı bacarıqlarının öyrədilməsi, məktəbdə, cəmiyyətdə düzgün davranışın aşılanması daxildir. Bir sözlə uşaqlar məktəbə tam hazır olacaqlar.

4-5 yaşlı uşaqlar üçün 2 illik, 5-6 yaşlı uşaqlar üçün 1 illik proqram nəzərdə tutulmuşdur. Proqrama həftə ərzində 15 saat məşğələ daxildir. Məşğələlər Azərbaycan və rus bölmələrində aparılır.

Bu məşğələlərlə yanaşı Kaspi Kids-də müxtəlif dərnəklər də təşkil olunur.

Əlavə olaraq, məktəbəqədər hazırlıq kursu dövründə uşaqlar arasında əl qabiliyyəti, rəsm üzrə müxtəlif müsabiqələr, bilik və bacarıq yarışları təşkil olunur. Bu müsabiqələrdə qalib gələnlər mükafat və diplomlarla təltif olunurlar. Bundan əlavə uşaqlar sirkə, kukla teatrına, zooparka, botanika bağına və s. yerlərə ekskursiyaya aparılır.

 

Gündəlik dərs cədvəli

Məşğələlər

Programın quruluşu

Ödəniş

Proqrama aşağıdakı məşğələlər daxildir: 

 

4-5 yaşlı uşaqlar (2 illik)

Savad təlimi – həftədə 2 dəfə

Riyazi təsəvvürlərin inkişafı - həftədə 1 dəfə

Məntiqi təfəkkürün inkişafı - həftədə 1 dəfə

İntelektual oyunlar – həftədə 1 dəfə

Ətraf aləmlə tanışlıq – həftədə 2 dəfə

Nağıllar aləmi – həftədə 1 dəfə

Musiqi – həftədə 1 dəfə

İngilis dili – həftədə 2 dəfə

Rəsm - həftədə 2 dəfə

Əmək – həftədə 2 dəfə

Fiziki tərbiyə - hər gün

 

5-6 yaşlı uşaqlar (1 illik)

Savad təlimi – həftədə 2 dəfə

Nitq inkişafı - həftədə 1 dəfə

Riyazi təsəvvürlərin inkişafı - həftədə 2 dəfə

Məntiqi təfəkkürün inkişafı - həftədə 1dəfə

İntelektual oyunlar – həftədə 1 dəfə

Ətraf aləmlə tanışlıq – həftədə 3 dəfə

Uşaq ədəbiyyatı – həftədə 1 dəfə

Musiqi – həftədə 1 dəfə

İngilis dili – həftədə 2 dəfə

Rəsm – həftədə 1 dəfə

Əmək – həftədə 1 dəfə

Fiziki tərbiyə - hər gün

 

Proqrama daxil olan məşğələlərin həftəlik bölgüsü aşağıdakı dərs cədvəli nümunəsində verilmişdir.

Gündəlik dərs cədvəli nümunəsi

Proqramın quruluşu

Yaş həddi

4, 5, 6 yaş

Qrupda uşaqların sayı

10-14 nəfər

Məşğələlərin həftəlik bölgüsü

Həftədə 5 gün, 15 saat məşğələ

 Məşğələlərin gündəlik bölgüsü

3 növbə: 9:00-11:30 / 12:00-14:30 / 15:00-17:30

Gün ərzində keçirilən məşğələlərin sayı

3 məşğələ

Başlanma tarixi

Sentyabr (9-10 ay)

May (3-4 ay/ intensiv)

Verilən tarixlərdən əlavə istənilən vaxt uşaqlar yoxlanılıb qruplara qoşula bilər.

Ödəniş

Qiymət (1 ay)

150 manat

Ödənişə daxildir

Həftə ərzində 15 saat məşğələ

Müsabiqələr

Evə verilən tapşırıq materialları

Çay fasiləsi

Ödənişə daxil deyil

Uşaqların istifadə etdiyi ləvazimatlar:

  • Qələm

  • Rəngli karandaşlar

  • Plastilin(taxtası)

  • Rəsm albomu

  • Dəftər 12 vərəq (hüsnxətt,riyaziyyat)

  • Əmək ləvazimatları(qayçı,yapışqan)

  • Qovluq

Ekskursiyalar