Tədris sistemi

Kaspi Kids - də Təhsil Nazirliyi tərəfindən hazırlanmış  program əsasında savad təlimi və nitq inkişafı, uşaq ədəbiyyatı, nağıllar aləmi, riyaziyyat və məntiq, ətraf aləmlə tanışlıq, təsviri incəsənət, texnologiya, musiqi, intellektual oyunlar tədris olunur. Hər bir fənnin tədrisində müəllimlər müasir ədəbiyyat və texnologiyalardan istifadə edərək uşaqların yaş səviyyələrinə uyğun məşğələ qururlar.

Bu məşğələlərin əsasını məntiq, intellektual oyunlar və fənlərarası əlaqə təşkil edir. Mimio, İKT və əyani vəsaitlər əsasında qurulan məşğələlər öz rəngarəngliyi ilə seçilir.

Kaspi Kids-də məktəbəqədər hazırlıq üzrə metodist fəaliyyət göstərir. Metodist məşğələlərin təşkilinin keyfiyyətinə və təhsil alan uşaqların inkişafına nəzarət edir. Belə ki, müəllimlər hər həftə metodist tərəfindən verilmiş mövzulara aid tapşırıqları yerinə yetirir və açıq məşğələlər verirlər.

Bundan əlavə hər həftə uşaqlar metodist tərəfindən müxtəlif fənlər üzrə yoxlanılır. Hər ayın sonunda metodist və müəllimlər şagirdləri test və məntiq üzrə çalışdırırlar.

Kaspi Kids-də məşğələlər aşağıdakı şəkildə tədris olunur.

Ana dili ( savad təliminə hazırlıq və nitq inişafı ) - Bu məşğələlərdə uşaqlara dinləmə və başa düşmə vərdişləri aşılanır, uşaqlar fikirlərini sərbəst, rabitəli şəkildə ifadə etmə bacarığına, söz ehtiyatı zənginliyinə yiyələnir. İlkin başlanğıcda lazım olan vasitələr təbaşir, rəngləmələr, karandaşlar, plastilin və s. istifadə etməklə uşaqlarda barmaq əzələləri möhkəmləndirilir, onlara sərbəst şəkildə qələm tutmaq, müxtəlif ştrixləri, xəttləri, fiqurları, çap şəklində hərfləri yazmaq öyrədilir.

Riyaziyyat və məntiq ( sadə riyazi təsəvvürlərin və məntiqi təfəkkürün inkişafı ) - uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması başlanğıc pillə kimi əsas yer tutur. Riyaziyyat məşğələləri uşaqların məntiqi təfəkkürünü daha yaxşı inkişaf etdirən interaktiv təlimdir. İnkişafetdirici tapşırıqlar məntiqi təfəkkürün inkişafına müsbət təsir edir. Burada uşaqlar zaman-məkan, ölçü-forma, miqdar, rəqəmlər və sadə hesablama kimi biliklərə sahiblənirlər.

Ətraf aləmlə tanışlıq - Bu məşğələdə məqsəd uşaqlarda ətraf aləm, təbiət və cəmiyyət haqqında təsəvvürlərini düzgün formalaşdırmaqdır. Uşaqlarda vətənpərvərlik hislərini formalaşdırmaq məqsədi ilə doğma diyar, xalqın tarixi, tarixi abidələri, adət-ənənələri, dövlətimiz, onun prezidenti, dövlət atributları haqqında ilkin məlumatlar verilir.

İntelektual oyunlar - Didaktik və intellektual oyunlar zamanı uşaqlarda müşahidəçilik, diqqətin düzgünlüyü, onların təsəvvürlərinin yoxlanılması və möhkəmləndirilməsi, təfəkkürün itiliyi, eşitmə diqqəti inkişaf etdirilir.

Uşaq ədəbiyyatı - uşaqların təlim-tərbiyə işində böyük imkanlara malikdir. Uşaqlarda yaradıcılıq qabiliyyətini üzə çıxardır. Kiçik sadə kompozisiyalar qura bilirlər.

İngilis dili - uşaqlara ilkin və sadə ingilis dili anlayışı aşılanır. Yeni sözləri musiqili və əyləncəli şəkildə öyrənmələri onlarda ingilis dilinə qarşı daha çox maraq yaradır.

Rəsm, Əmək ( təsviri fəaliyyət ) - Estetik inkişafın əsasında uşaq yaradıcılığı, uşaq fantaziyası durur. Bu zaman uşaq fəaliyyətinin müxtəlif növləri - oyun, rəsm, yapma, quraşdırma,  aplikasiya mühüm əhəmiyyət kəsb etməklə onların təfəkkür və təxəyyülünün inkişafına təkan verir, idrak qabiliyyətini, yaradıcı fəallığını inkişaf etdirir.