Korporativ Təlimlər - İngilis dili

                                  

İllər öncə dünya hər kəsə çox böyük görünərdi ancaq son illərdə texnika və öyrəndiyiniz dillər sayəsində dünya getdikcə kiçilir məsafələr qısalır. Qeyd edək ki, bir xarici dil bilmək həmin şəxsin özü ilə yanaşı, çalışdığı müəssisə və şirkətə də dəyər qazandırır.

Kaspi Təhsil Şirkəti də dil öyrənməklə bu uzun məsafələri qısaltmaq və çalışdığınız şirkətə dəyər qazandırmaq üçün sizin xidmətinizdədir. Təlimlər aşağıdakı kimi təşkil olunur:
 

1. Şirkətdaxili dil təlimləri
2. ​Müştəri şirkətlərdə dil təlimləri 


Şirkətdaxili dil təlimlərində təlimlər şirkətimizin dil təlimi mərkəzlərində aparılır. Dil təlimi mərkəzlərində aparılan təlimlər sizə iş mühitindən uzaqlaşıb tam öyrənmə mühitində dil öyrənməyinizə imkan verir.

Təlimlərin saatları müştəri şirkətlərlə razılaşmaya əsasən təyin olunur və nəzərdə tutulan dərs materialları və kitablar şirkətimiz tərəfindən təmin edilir.

Təşkil etdiyimiz dil təlimləri müştəri şirkətin istəyinə əsasən fərdi və qrup şəklində aparılır. Təlimlərə başlamazdan əvvəl tələbələr “səviyyə təyini”imtahanına cəlb  olunur və uyğun səviyyələrdə qruplaşdırılır. Qrup halında təlimlər minimum 5 nəfər təşkil edir. Tədris müddəti boyunca müştəri şirkət tələbələrin davamiyyət, dərslərdə ümumi fəaliyyəti və müvəffəqiyyəti barədə hesabatlar göndərilir.

Müştəri şirkətin işçi heyəti iş yerini məsafə, zaman və digər səbəblərdən tərk edə bilmədiyi halda dil təlimləri müştəri şirkətlərdə verilir.