"Kaspi" liseyi və "Təmiz" şəhər ASC tullantıların təkrar emalı sahəsində əməkdaşlığa başlayıb 03.12.2015


 

“Kaspi” liseylərində istifadə olunmuş kağızlar

“Təmiz Şəhər” ASC-ə təhvil veriləcək

 

“Təmiz Şəhər” ASC və “Kaspi” liseyi təkrar emal sahəsində əməkdaşlığa başladı. Liseyin müxtəlif filiallarında istifadə olunmuş kağızlar yenidən emal edilməsi üçün “Təmiz Şəhər”ə təhvil veriləcək.
 

03.12.2015 –ci il tarixində layihənin icrası üçün “Kaspi” Liseyində  memorandum imzalandı və media üçün təqdimat keçirilmişdir.

Tədbirdə "Kaspi" təhsil şirkətinin direktor müavini Aydın Əliyev, “Kaspi” liseyinin (Bakıxanov) direktoru Tural Əliyev,  “Kaspi” liseyinin(Xətai) direktoru Asif  Əzizov və “Təmiz” şəhər açıq səhmdar cəmiyyəti idarə heyyəti sədrinin müşaviri Oktay Məmmədov iştirak etmişdirlər.

Razılaşmaya əsasən, liseydə kağızlardan maksimum dərəcədə qənaətlə istifadə ediləcək, materiallar çapa verilərkən, mümkün qədər vərəqlərin hər iki üzündən istifadə olunacaq. İstifadə olunmuş, lazımsız maklatura digər tullantılarla eyni qablara yox, “Təmiz Şəhər” ASC-in burada yerləşdirdiyi ayrıca konteynerlərə atılacaq.

Cəmiyyət isə həmin qutular dolduqca daşıyaraq təkrar emal üçün Balaxanıda yerləşən “Təmiz Şəhər”in tullantı zavodlarına aparacaq.

Layihənin məqsədi yaşıllıqların qorunması, ağacların kəsilməsinin miqdarını azaltmaq, ətraf mühitin mühafizəsinə dəstək olmaqdır. Çünki, 1 ton kağız hazırlanması üçün təxminən 17 ədəd ağac kəsilir. Bu layihə liseyin bütün filiallarında kağız istifadəsini azaldılacaq, əməkdaşları vərəqlərdən faydalı istifadəyə təşviq ediləcək, yenidən istifadə mədəniyyəti təbliğ olunacaq və lazımsız maklatura təkrar emala qazandırılacaq.

Memorandum imzalandıqdan sonra liseydə qoyulmuş qutulara layihə çərçivəsində yığılmış ilk lazımsız kağızlar atıldı.

“Təmiz Şəhər” ASC müxtəlif təhsil müəssisələri, dövlət qurumları və özəl şirkətlərlə oxşar layihələr həyata keçirir.