"Kaspi" liseyində "Bayraq bayramı" tədbiri 6.11.2015

                   
                  
                  
                  
                  
                  


6 Noyabr 2015 –ci il tarixində “Kaspi” liseyində(Bakıxanov) Azərbaycan Respublikasının Bayraq günü münasibəti ilə “Şərəfim , şanım , üç rəngli bayrağım” adı altında tədbir keçirilmişdir. Tədbirdə “Kaspi” təhsil şirkətinin təsisçisi Sona Vəliyeva, Azərbaycan Respublikasının Milli Məclisi Sədrinin birinci  müavini, hüquq elmləri namizədi, professor Ziyafət Əsgərov , “Kaspi” təhsil şirkətinin direktoru Elnur Əliyev, “Kaspi” təhsil şirkətinin direktor müavini Elşən Əliyev, “Kaspi” liseyinin(Xətai) direktoru Asif Əzizov iştirak etmişdirlər.
  Tədbirin açılış nitqini söyləyən  “Kaspi” təhsil şirkətinin təhsisçisi Sona Vəliyeva tədbirdə iştirak edənləri salamlamış və Ziyafət Əsgərova tədbirdə iştirak etdiyinə görə təşəkkürünü bildirmişdir. Nitqini davam edən Sona Vəliyeva : Bu gün həm müstəqillik gününü, həm bayraq gününü , həm də konstitutiya gününü dövlət atributları olduğu üçün üç bayramımızı birgə keçiririk. Hörmətli Ziyafət müəllim bu gün sizin burdakı çıxışınız konstitutiya haqqında , bayraq haqqında çıxışınız bizim üçün bir milli yaddaş dərsi olacaq.
 “Vətəni qorumaq üçün , Bayrağı qorumaq lazımdır”! 

 Tədbirin davamında “Kaspi” liseyinin şagirdləri öz şeir ifaları ilə çıxışlar etdilər.

Sonra isə kürsüyə  Azərbaycan Respublikasının Milli Məclisi Sədrinin birinci  müavini, hüquq elmləri namizədi, professor Ziyafət Əsgərov dəvət olundu.
İlk öncə hər kəsə təşəkkürünü bildirdi. Belə gözəl bir tədbirdə iştirak etdiyinə görə , tədbirə dəvət olunduğuna görə Sona xanıma təşəkkürü bildirdi, çox məmnun olduğunu qey etdi. Doğurdanda 9 Noyabr bizim taleyimizdə çox müqəddəs bir gündür. Sona xanımda çox ətraflı, maraqlı , gözəl nitq söylədi mən özumdə çox məlumatları öyrəndim. Və Sona xanıma minnətdarlığını bildirdi. Və məsələni hüquqi , konstitutiya akspektindən bayraq, dövlət gerbi,azərbaycan dili, və dövlət himni fenomenləri haqqında  fikirlərini bölüşdü. Ilk növbədə 1990 –ci il noyabr ayının 17 –də Naxçıva Muxtar Respublikasında Heydər Əliyevin təşəbbüsü ilə Dövlət bayrağı qəbul edilmişdir. Bunların hamısının Azərbaycan Dövlətinin suverenliyinin və müstəqilliynin simvoludur. Bayraq dedikdə sadəcə  rəngli parçadı, üç rəngli adi bir şey nəzərdə tutulmamalıdır, Bayraq hüquqi bir fenomendir. Onun fenomenliyi Azərbaycan Respublikasının suverenliyini və  müstəqilliyini simvolizə etməsidir! Ziyafət həmçinin ana dilimiz, konstitusiyamız, gerbimiz , himnimiz, haqqında hüquqi tərəfdən fikirlərini ətraflı şəkildə bildirmişdir. Və şagirdlərmizə təhsillırinə ciddi yanaşmagı, yaxşı oxumağı, və bayrağımızı daima ucalarda tutmağı nəsihət etmişdir. Və sonda fikrini “Oxumaq , oxumaq , yenə də oxumaq” deyə bitirmişdir.
Sonra “Kaspi” təhsil şirkətinin direktoru Elnur Əliyev Ziyafət Əsgərova tədbirdə iştirak edib, öz tövhələrini bölüşdüyünə görə təşəkkürünü bildirmişdir.

Tədbirin sonunda “Kaspi” liseyinin şagirdləri maraqlı, göstərişli səhnəciy ilə üçrəngli bayrağımızı səhnəyə gətirmişdirlər.